top
Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb Sportify.az
Bu gün, 12:00
- ↺ +

Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb

‘İnkişaf etmək üçün doğru mühitdəyəm. Burada böyüməyə davam etmək istəyirəm".

Sportify.az xəbər verir ki, bunu İtaliyanın "Sampdoriya" klubu ilə müqaviləsini 2030-cu ilədək uzadan Azərbaycan millisinin futbolçusu Lorentso Metsotero klubun mətbuat xidmətinə müsahibəsində deyib.

18 yaşlı hücumçunun sözlərinə görə, yeni müqavilə imzalaması onun üçün böyük sevinc və qürur mənbəyidir:

"Sampdoriya”ilə müqaviləmi yeniləmək mənim üçün böyük xoşbəxtlikdir. Həm ailəm, həm də mən bu kluba böyük inam bəsləyirik. Birlikdə böyük uğurlar qazanmağa çalışacağıq. İndiyədək keçdiyim yolla fəxr edirəm. Bununla belə, anlayıram ki, bu, yalnız başlanğıcdır. Qarşıda görüləsi çox iş və qət ediləsi uzun yol var.

Klubda inkişafımda komanda yoldaşlarımın, məşqçilərimin və bütün əməkdaşların böyük rolu olub. Məşqçilər Pedone və Tufano, idman direktoru Puggioni, eləcə də bu illər ərzində mənə kömək edən bütün mütəxəssislərə minnətdaram. İki il qaldığım klub yataqxanasının əməkdaşları və tərbiyəçilər də inkişafıma böyük töhfə veriblər. Bütün bunlar mənim həm futbolçu, həm də şəxsiyyət kimi formalaşmağıma kömək edib.

"Entella" ilə oyunda vurduğum qolun yaratdığı hissləri sözlə ifadə etmək çətindir. Hələ də həmin anı xatırlayanda həyəcanlanıram. Orta sahədə topu ələ keçirdim, hücuma başladım və top Beqiçə ötürüldü. O, fərdi keyfiyyətləri hesabına rəqibini keçdi. Həmin anda göz-gözə gəldik və mən boş sahəyə doğru hərəkət etdim. Nəticədə qol vurmağı bacardım. Komanda yoldaşlarımla sevincimi bölüşmək, onların məni qucaqlaması unudulmaz hisslər idi.

Bunun yalnız başlanğıc olduğunu düşünürəm. Öz potensialımı və nəyə qadir olduğumu bilirəm. Ancaq bunu hər gün sübut etməliyəm. Komanda yoldaşım Gennaronun dəstəyi mənim üçün çox önəmlidir. O, həmişə mənə kömək edir, lazım gələndə səhvlərimi də göstərir. Anderson və digər futbolçularımız da mənə böyük dəstək olurlar. Belə komandanın bir hissəsi olduğum üçün xoşbəxtəm.

Qarşıdakı əsas hədəflərim daha da inkişaf etmək, oynamaq və futboldan zövq almaqdır. Çalışmağa davam edəcəyəm. Öz potensialımı və nəyə qadir olduğumu bilirəm. İnanıram ki, qalan hər şey zamanla öz həllini tapacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Super Liqanın 12-ci turu bərpa oldu: Qalatasaray rekord astanasında, Fənərbağça altıncı yerdə

Digər
Bu gün, 12:00

“Yuventus”, “Milan” və “Napoli”nin hədəfindəki hücumçu kimdir?

Digər
Bu gün, 12:00

“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu

Futbol
Bu gün, 11:55

CONMEBOL-un 10 üzv dövləti İnfantinonun FIFA prezidenti namizədliyini dəstəkləyib

Digər
Bu gün, 11:42

“Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edir - YENİLƏNİR

Futbol
Bu gün, 11:40

"Şəfa" FK maliyyə problemlərini həll etməyə başladı

Futbol
Bu gün, 11:40

Ordabası yeni məşqçisi Karel Geraerts ilə müqavilə bağladı

Boks
Bu gün, 11:40

Emil Musayev Almaniyada keçirilən "AFC 5" turnirində Migel Medina ilə qarşılaşacaq

Digər
Bu gün, 11:38

Mezzotero: “Bu, yalnız başlanğıcdır”

Digər
Bu gün, 11:26

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 11:21

Karrager: Poçettino məşqçilik karyerasını xilas etmək üçün Mançester Yunaytedəə ehtiyac duyurdu

Futbol
Bu gün, 11:20

«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib

Boks
Bu gün, 11:20

Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəldi

Digər
Bu gün, 11:20

ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

Futbol
Bu gün, 11:20

"Sautempton" baş məşqçi Tonda Ekertlə müqaviləni 2029-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 11:05

Timoteuş Puxaç: "Barselona" matçına 20 bilet almışam, hamısını özüm ödəmişəm

Futbol
Bu gün, 11:00

Şahdağ Qusar kapitanı: Çempionluq hədəfi

Futbol
Bu gün, 10:40

Rəşad Sadıqov: 'Zirə'yə qarşı kampaniya aparılır, qəribə hadisələr baş verir'

Futbol
Bu gün, 10:40

Bavariya: Harri Keyn uzun müddətə çıxamayacaq

Digər
Bu gün, 10:36

Dünya çempionatı: İki cüdoçumuz 1/8 finalda - YENİLƏNİR

Digər
Bu gün, 10:30

Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?

Digər
Bu gün, 10:30

“Baku City Hospital” indi burada fəaliyyət göstərir - VİDEO+FOTOLAR

Digər
Bu gün, 10:24

"Portu"nun futbolçusu avtoqoldan sonra ağladı - Video

Oxşar xəbərlər