top
Bavariya rəsmisi Rummenigge Musiala əvvəlki formasına qayıtmasa maaşının azaldıla biləcəyini bildirib Idman.biz
Bu gün, 12:41
- ↺ +

"Bavariya" rəsmisi Rummenigge Musiala əvvəlki formasına qayıtmasa maaşının azaldıla biləcəyini bildirib

Almaniyanın "Bavariya" klubunun Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge komandanın futbolçusu Camal Musialanın gələcəyi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, Münhen təmsilçisinin Bundesliqada "Köln"lə 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra "Sky" telekanalına danışıb.

Rummenigge bildirib ki, Musialanın əvvəlki oyun səviyyəsinə qayıtması çətin ola bilər. Onun sözlərinə görə, futbolçu əvvəlki formasını bərpa edə bilməsə, klub onun ailəsi, özü və menecerləri ilə müqavilə şərtlərini müzakirə etməli olacaq.

"Bildiklərimiz təəssüf ki, onun bu stadionda dəfələrlə nümayiş etdirdiyi səviyyəyə qayıtmasının çətin olacağını düşünməyə əsas verir. Belə olan halda ailəsi, futbolçunun özü və agentliyi ilə danışmaq lazımdır. Çünki həmin məbləğlər artıq əsaslandırıla bilməz", – deyə o bildirib.

Funksioner Musialanın komandadan ayrılması ehtimalını da real hesab etmədiyini söyləyib. Onun fikrincə, hazırkı vəziyyətdə başqa klubların da futbolçunu transfer etmək istəməsi inandırıcı görünmür.

Rummenigge əlavə edib ki, klub Musialanın əvvəlki formasına qayıtmasında maraqlıdır. Lakin bu baş verməsə, maliyyə məsələləri ilə bağlı qərarlar qəbul edilməlidir.

O, futbolçunun maaşının azaldılması ilə bağlı hələlik heç bir müzakirənin aparılmadığını, bunun sadəcə mümkün variantlardan biri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Camal Musiala "Köln"lə qarşılaşmada 70-ci dəqiqədə meydana daxil olaraq zədədən sonra yaşıl meydanlara qayıdıb. Almaniyalı futbolçu əzələ zədəsi səbəbindən bir müddət komandasına kömək edə bilməyib.

Bundan başqa, yayda Musialada qısamüddətli huş itirmə epizodları ilə müşayiət olunan nevroloji disfunksiya aşkarlanıb. "Bavariya"nın fəxri prezidenti Uli Höness də daha əvvəl futbolçunun əvvəlki formasına qayıtması ilə bağlı narahatlığını ifadə etmişdi.

Klubun idman üzrə idarə heyətinin üzvü Maks Eberl isə Musialaya dəstək olduqlarını və onun əvvəlki oyun səviyyəsini bərpa edəcəyinə inandıqlarını bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Seyxan Fərəcov: '0:2-dən geridönüş edərək heç-heçə etmək möhkəm iradə tələb edir'

Futbol
Bu gün, 12:56

Emin Mahmudovun fotosu Nyu-Yorkun Times Square meydanında böyük ekranda nümayiş etdirildi

Futbol
Bu gün, 12:30

Kriştiano Ronaldo karyerasında 38-ci penaltini qol çevirə bilməyib

Digər
Bu gün, 12:30

“Azarkeşlərin dəstəyi çətin anlarda bizə güc verir”

Digər
Bu gün, 12:26

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazanır: 'Xəsarətim ciddi olmasaydı, qızıl medalı əldə edərdim'

Digər
Bu gün, 12:20

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Futbol
Bu gün, 12:12

Tom Bredi "Çelsi"nin investoru oldu

Futbol
Bu gün, 12:00

Metsotero Sampdoriya ilə müqaviləsini 2030-cu ilədək uzadıb

Futbol
Bu gün, 12:00

Super Liqanın 12-ci turu bərpa oldu: Qalatasaray rekord astanasında, Fənərbağça altıncı yerdə

Digər
Bu gün, 12:00

“Yuventus”, “Milan” və “Napoli”nin hədəfindəki hücumçu kimdir?

Digər
Bu gün, 12:00

“Sabah”ın qapıçısı nəhəng klubların qolkiperlərini geridə qoydu

Futbol
Bu gün, 11:55

CONMEBOL-un 10 üzv dövləti İnfantinonun FIFA prezidenti namizədliyini dəstəkləyib

Digər
Bu gün, 11:42

“Şəfa” Sumqayıtda “Qəbələ”ni qəbul edir - YENİLƏNİR

Futbol
Bu gün, 11:40

Azərbaycan millisinin futbolçusu Lorenso Mezzotero İtaliya klubu Sampdoriya ilə müqaviləsini uzadı

Futbol
Bu gün, 11:40

"Şəfa" FK maliyyə problemlərini həll etməyə başladı

Futbol
Bu gün, 11:40

Ordabası yeni məşqçisi Karel Geraerts ilə müqavilə bağladı

Boks
Bu gün, 11:40

Emil Musayev Almaniyada keçirilən "AFC 5" turnirində Migel Medina ilə qarşılaşacaq

Digər
Bu gün, 11:38

Mezzotero: “Bu, yalnız başlanğıcdır”

Digər
Bu gün, 11:26

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb

Futbol
Bu gün, 11:21

Karrager: Poçettino məşqçilik karyerasını xilas etmək üçün Mançester Yunaytedəə ehtiyac duyurdu

Futbol
Bu gün, 11:20

«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib

Boks
Bu gün, 11:20

Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəldi

Digər
Bu gün, 11:20

ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

Oxşar xəbərlər