“Sampdoriya” ilə yeni müqavilə imzalayan Lorenso Mezzotero klub saytına açıqlama verib.
U-21 yığmamızın üzvü müddəti 2030-cu ilədək uzadılan anlaşmanın başlanğıc olduğunu düşünür: “Mənim üçün "Sampdoriya" ilə müqaviləni yeniləmək böyük məmnunluqdur. Həm ailəm, həm də mən klubumuza böyük inam bəsləyirik və birlikdə böyük işlər görməyə çalışacağıq.
Bu günə qədər keçdiyim yoldan çox məmnunam və qürur duyuram. Müqaviləni yenilədiyim üçün çox xoşbəxtəm. Bununla belə, anlayıram ki, bu, yalnız başlanğıcdır. Qarşıda hələ uzun yol və çox iş var. Amma bu, yaxşı başlanğıc nöqtəsidir və mən çox xoşbəxtəm”.