"Şəfa"da maliyyə problemləri tədricən həllini tapmaq üzrədir.
İki aydan artıq müddətdir maaş ala bilməyən komandanın borcların əhəmiyyətli hissəsi artıq bağlanıb.
Yaxınlarda avqust-sentyabr aylarının əməkhaqqısını ödəyən rəhbərlik indi də oktyabra aid məvacib fondunun yarısını məşqçi və futbolçu heyətinə çatdırıb.
Ən qısa müddətdə də yerdə qalan vəsait onların bank hesabına köçürüləcək.
Bütün bu məsələlər klubun Dubayda fəaliyyət göstərən himayədarlarının sayəsində yoluna düşməkdədir. Burada Kənan Sadıqlının xidməti də böyük rol oynayıb.
Paytaxt təmsilçisinin prezidenti komanda üzvləri ilə görüşərək, mövcud problemlərin tezliklə tamamilə aradan qalxacağını bildirib.
SPORTİNFO.AZ