Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) üzv olan 10 ölkə FIFA prezidenti postuna Canni İnfantinonun namizədliyini dəstəklədiyini açıqlayıb. Təşkilat bu qərarın 2025-ci ilin mayında Paraqvayda keçirilən FIFA Konqresində də ifadə olunduğunu bildirib.
CONMEBOL-un bəyanatında İnfantinonun liderliyi və son illərdə dünya futbolunda baş verən müsbət dəyişikliklər yüksək qiymətləndirilib.
Qeyd edək ki, FIFA prezidentliyi uğrunda İnfantino ilə yanaşı, Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo və Yaponiya Futbol Assosiasiyasının sabiq rəhbəri Kozo Tacima da mübarizə aparacaq.
Seçkilər 2027-ci il martın 18-də keçiriləcək.