«Bavariya» klubunun iki aparıcı oyunçusu Bundesliqanın X turu çərçivəsində «Köln»ə qarşı keçirilən oyunda (1:1) zədələniblər.
Oxu.Az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi məlumat yayıb.
«Harri Keynin „Köln“lə oyunda sol ayaq topuğunun sindesmoz bağı qırılıb. Bu fakt Münhen təmsilçisinin həkimləri tərəfindən aparılan tibbi müayinə nəticəsində təsdiqlənib. Beləliklə, 33 yaşlı forvard yaxın aylarda komandasına kömək edə bilməyəcək», - deyə klubdan bildirilib.