top
Timoteuş Puxaç: Barselona matçına 20 bilet almışam, hamısını özüm ödəmişəm Sportify.az
Bu gün, 11:05
- ↺ +

Timoteuş Puxaç: "Barselona" matçına 20 bilet almışam, hamısını özüm ödəmişəm

"Sabah"ın və Polşa millisinin futbolçusu Timoteuş Puxaçın səfərdə “Sumqayıt”ı 5:1 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının XII tur matçından sonra Sportify.az-a müsahibəsi:

– Oyunla bağlı fikirləriniz necədir?

– Oyuna daha yaxşı başlamalı idik, amma qələbə qazandığımız üçün xoşbəxtik. Son oyunlardakı nəticələrimizi nəzərə alsaq, bu qələbəyə ehtiyacımız var idi. Qırmızı vərəqə matçın gedişatına ciddi təsir etdi. Bundan sonra bizim üçün oyun daha asan keçdi. Qələbəyə görə sevincliyik.

– Matçda belə böyük hesablı qələbə gözləyirdiniz?

– Bizim oyun üslubumuzu nəzərə alsaq, matçlarda 4-5 qol vurmağımız mümkündür. Hücumameyilli futbol bizim əsas üstünlüyümüzdür. "Zirə" ilə oyunda da 5 qol vurmuşduq, ötən mövsüm isə "Qəbələ"ni 7:1 hesabı ilə məğlub etmişdik. Bəzən çox qol vururuq, bəzən isə fərqlənməkdə çətinlik çəkirik. Amma bir məqam dəqiqdir: biz hər zaman çoxlu qol imkanları yaradan komandayıq. Bəzən əsas məsələ həmin fürsətləri dəyərləndirməkdir. Mən heç vaxt oyunun hansı hesabla başa çatacağını əvvəlcədən düşünmürəm. Meydana çıxanda yalnız öz mövqeyimdə görməli olduğum işə köklənirəm.

– Rəqibin azlıqda qalması oyunun gedişinə nə dərəcədə təsir etdi?

– Əlbəttə, böyük təsiri oldu. Qırmızı vərəqə matçın 33-cü dəqiqəsində göstərildi və rəqib oyunun yarıdan çoxunu 10 nəfərlə keçirməli oldu. Təbii ki, bu, oyuna 100 faiz təsir göstərir.

– “Sumqayıt”a vurduğunuz möhtəşəm qol haqqında nə deyə bilərsiniz?

– Heç nə. Sadəcə, top qapıya gedirsə, deməli, qoldur (gülür – red.).

– "Sabah"da əsas heyətdə daimi oynayırsınız, amma Polşa millisində nadir hallarda meydana çıxmırsınız. Noyabr qarşılaşmalarını isə kənardan izlədiniz. Bunun səbəbi nədir?

– Bu barədə baş məşqçi Yan Urbandan soruşmalısınız. Heyəti və oyunçuların seçimini baş məşqçi müəyyənləşdirir. Bəzən oynayırsan, bəzən isə yox. Futbol belədir. Mənim mövqeyimdə Çexiyanın "Slaviya Praqa" komandasından dəvət alan 20 yaşlı, perspektivli futbolçu Oskar Kubyak var. O, son iki matçda yaxşı çıxış edib. Əlbəttə, mən də oynamaq istəyirəm. Amma bunun üçün həm Çempionlar Liqasında, həm də çempionatda – "Sabah"ın heyətində yaxşı çıxış etməliyəm. Bundan sonra nə olacağını görəcəyik. Ehtiyat oyunçular skamyasından meydana çıxmaq imkanı bəzən çox qısa müddətdə yaranır. Bəzən oynamırsan, amma meydana dəvət olunanda komandaya faydalı olduğunu göstərməlisən.

– "Barselona" ilə qarşıdakı Çempionlar Liqasının V tur oyunu ilə bağlı proqnozunuz nədir?

– Dediyim kimi, nəticənin necə olacağını əvvəlcədən proqnozlaşdırmıram. Mənim üçün bu da digər oyunlar kimi bir matçdır və qələbə qazanmaq istəyirəm. Bəlkə də, bəzi insanlar üçün bu, qəribə səslənə bilər, amma mənim üçün fərqi yoxdur. Meydana "Barselona", "Sumqayıt" və ya başqa komandaya qarşı çıxmağımdan asılı olmayaraq, həmişə qalib gəlmək istəyirəm. Oyundan əvvəl də yalnız qələbəyə köklənirəm.

– 25 noyabr qarşılaşmasında Bakı Olimpiya Stadionunun 70 min nəfərlik tribunalarının tam dolacağı gözlənilir. Artıq 60 mindən çox bilet satılıb. Bu, sizə əlavə motivasiya verirmi?

– Belə stadionlarda, bu cür azarkeşlər qarşısında oynamağa öyrəşmişəm. Mənim üçün bu, adi oyundur. Stadionda 70 min, yaxud “Sumqayıt”la matçda olduğu kimi 2 min azarkeşin olmasının fərqi yoxdur. Mən yalnız meydana və öz oyunuma köklənirəm. Əlbəttə, azarkeşlərin qarşısında oynamaq xoşdur. Amma rəqib "Barselona" olduğu üçün bu qədər insanın gəlməsi də başadüşüləndir.

– Karyeranız ərzində "Barselona" səviyyəsində rəqiblərə qarşı oynamısınız?

– Bəli, Almaniyanın "Bavariya", İngiltərənin "Liverpul" və "Mançester Siti" komandalarına qarşı oynamışam. İspaniya "Real Madrid"i və İngiltərə "Mançester Yunayted"i kimi komandalar da mənim üçün yad deyil.

– "Barselona" ilə oyunu izləmək üçün ailə üzvləriniz və yaxınlarınız da Bakıya gələcəklər?

– Bəli, əlbəttə. "Barselona" dünyanın ən böyük klublarından biridir. Buna görə də Polşadan ailə üzvlərim və dostlarım olmaqla 20-dən çox insan Bakıya gələcək.

– Onlar üçün biletləri özünüz əldə etmisiniz?

– Bəli, əlbəttə. Biletləri mən almalıyam (gülür – red.). Ailə üzvlərim və dostlarım gələcəyi üçün 20-dən çox bilet götürmüşəm. Klub bizə də bilet təklif edir, amma biz də digər azarkeşlər kimi, onların pulunu ödəyirik. Biletlər bizə pulsuz verilmir. Mən də öz biletlərimin pulunu ödəmişəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Şahdağ Qusar kapitanı: Çempionluq hədəfi

Futbol
Bu gün, 10:40

Rəşad Sadıqov: 'Zirə'yə qarşı kampaniya aparılır, qəribə hadisələr baş verir'

Futbol
Bu gün, 10:40

Bavariya: Harri Keyn uzun müddətə çıxamayacaq

Digər
Bu gün, 10:36

Dünya çempionatı: İki cüdoçumuz 1/8 finalda - YENİLƏNİR

Digər
Bu gün, 10:30

Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?

Digər
Bu gün, 10:30

“Baku City Hospital” indi burada fəaliyyət göstərir - VİDEO+FOTOLAR

Futbol
Bu gün, 10:21

Röyal Nəcəfov: 'Xankəndi' üçün cari mövsüm keçid mərhələsidir, qış fasiləsində heyəti gücləndirəcəyik

Digər
Bu gün, 10:21

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futbol
Bu gün, 10:21

Milli ilə zədələnən Xaybullayevin vəziyyəti aydınlandı - "Sabah"ın heyətində ola bilər

Futbol
Bu gün, 10:21

Dünyanın ən çox qazanan 10 futbolçusu müəyyən edildi - Ronaldo birinci, Messi ikinci

Futbol
Bu gün, 10:21

Musa Qurbanovun hava limanında alış-veriş paketləri müzakirə mövzusuna çevrildi

Futbol
Bu gün, 10:21

Səbail baş məşqçi dəyişikliyinə hazırlaşır, Sumqayıt futbolçuları mükafatdan məhrum edilib, AFFA İK dekabrda toplanacaq

Futbol
Bu gün, 10:21

Kamerunlu futbolçu Neapoldan ayrılmaq niyyətində

Digər
Bu gün, 10:21

“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

Qarabağ FK
Bu gün, 10:21

Qurban Qurbanovdan Kadi Borgesə yeni xəbərdarlıq: Çəkini azald, aksi halda əsas heyətdə yerini itirəcək

Qarabağ FK
Bu gün, 10:21

Dəhşətli qəzadan sağ çıxan vitse-prezidentlə SƏMİMİ MÜSAHİBƏ

Futbol
Bu gün, 10:21

I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi

Futbol
Bu gün, 10:21

Nihad Əhmədzadə: Debüt Qələbəsində Daha Bir Qol İmkanı Olmalı Idi

Futbol
Bu gün, 10:21

Yozef Sabo: Malderadan heç nə alınmayacaq, Ukrayna yığmasının əsas namizədi Markeviçdir

Futbol
Bu gün, 10:21

Ronaldo 986‑cı qolu ilə Əl-Əhli üçün qələbə qazanıb

Futbol
Bu gün, 10:21

Vernidub "Neftçi"nin futbolçularına sərt nizam-intizam mesajı verdi

Futbol
Bu gün, 10:21

Brayton Paskal Qrosu ilə 2028-ə qədər müqavilə uzatdı

Qarabağ FK
Bu gün, 10:21

Premyer Liqada "Sabah"ın "Qarabağ"la müqayisəsi niyə əsassızdır və onlara nə gözləyir?

Oxşar xəbərlər