İngiltərənin "Mançester Yunayted" futbol komandasının heyətinin bazar dəyəri ona xərclənən puldan xeyli aşağı olub.
İdman.Biz "Transfermarkt"a istinadən xəbər verir ki, heyətin formalaşmasına 973 milyon funt (2,24 milyard AZN) xərclənib. Futbolçuların indiki dəyəri isə bu məbləğdən 187 milyon funt (430 milyon AZN) azdır.
Bu, Premyer Liqanın 20 klubu arasında ən böyük mənfi fərqdir. Faiz göstəricisinə görə "Mançester Yunayted"i (-19,2 faiz) yalnız "Tottenhem" (-20,7 faiz) qabaqlayır.
Klubun transfer siyasəti ilə bağlı tənqidlər baş məşqçi Maykl Karrikin mövqeyinin sarsıldığı dövrə təsadüf edir. Komandanın növbəti oyununu 31 oktyabr, saat 16:30-da səfərdə "Çelsi"yə qarşı olacaq.