"Oyunun çətin keçəcəyini gözləyirdik. Rəqib sona qədər mübarizə apardı".
Bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində "Səbail"i penaltilər seriyasında məğlub edərək növbvəti mərhələyə vəsiqə qazanan "Zirə"nin futbolçusu Hacıağa Hacılı deyib.
Onun sözlərinə görə, komanda ilk hissədə matçın taleyini həll edə bilərmiş.
"Sadəcə, yaratdığımız şanslardan düzgün yararlanmadıq. Oyun bizim üçün çox yorucu oldu. İndi tam bərpa olunmalı və "Araz Naxçıvan"la matça köklənməliyik. Əvvəlki görüşlərdə itirdiyimiz xalları bərpa etmək çox vacibdir", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Futbolçu bildirib ki, hər komanda üçün bu vəziyyət fərqli olur:
"Bəziləri oyunlara düzgün köklənə bilmir, bəzən isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar son oyunlarıymış kimi mübarizə aparırlar. Bizim vəziyyətimiz bir qədər fərqlidir. Son zamanlar yaratdığımız qol epizodlarından istifadə edə bilmirik və sonda əldə etdiyimiz nəticə bizi qane etmir".