İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" futbol komandalarının keçmiş hücumçusu Karlos Tevez 2009-cu ildə "Siti"yə keçməsinin əsl səbəbini açıqlayıb.
İdman.Biz "Sky Sports"a istinadən xəbər verir ki, argentinalı futbolçu bu addımı Ser Aleks Ferqusondan qisas almaq üçün atdığını deyib.
Tevezin sözlərinə görə, Ferqyuson ona verdiyi vədləri yerinə yetirməyib və bu, onu ən çox incidən məqam olub.
Qeyd edək ki, Tevez "Mançester Siti"də 148 oyunda 73 qol vurub, 35 məhsuldar ötürmə verib.