top
Fərman Həsənov: Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm Idman.biz
Bu gün, 16:03
- ↺ +

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov oktyabrın 31-də Las-Veqasda keçiriləcək "UFC Fight Night" turnirində ABŞ təmsilçisi Jan-Pol Lebosnoyani ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, 31 yaşlı idmançı döyüşə autsayder statusunda çıxmasına münasibət bildirib.

"Favorit və ya autsayder olmağım məni maraqlandırmır. Əsas məsələ qəfəsə çıxmaq və bacardığını göstərməkdir. Bu, məni narahat etmir. Sadəcə döyüşə hazırlaşıram və belə məsələlərə diqqət yetirmirəm", - Həsənov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Döyüşçü rəqibinin populyarlığına münasibət bildirib və bu qarşılaşma vasitəsilə daha çox tanınmaq istəyib-istəmədiyi barədə danışıb.

"Bəli, bu, yaxşı olardı. Amma azarkeşlərin sayına fikir vermirəm. Öz zəhmətimə güvənirəm. UFC mənə güclü rəqib seçib. Ən yaxşı olmaq istəyirsənsə, güclü döyüşçülərə qalib gəlməlisən. Mən çətin sınaqları sevirəm. Rəqibimin ciu-citsu üzrə yaxşı bazası, həmçinin zərbə texnikası var. Amma bu döyüşə hazıram", - o bildirib.

Həsənov qarşılaşmada qələbə qazanacağına əmin olduğunu vurğulayıb.

"Bu döyüşlə bağlı proqnozum həmişəki kimidir: qalib gələcəyəm. Hər şey sadədir: məşq edirəm və hazıram. Yaxşı döyüş və maraqlı şou olacaq", – idmançı qeyd edib.

Azərbaycanlı döyüşçü qarşılaşma üçün strategiyasını açıqlamasa da, rəqibi üzərində müəyyən üstünlüklərinin olduğunu deyib.

Həsənov hazırlıq prosesi barədə də danışıb. Onun sözlərinə görə, məşq toplanışı uğurlu keçib və o, "American Top Team" komandası ilə çalışıb.

"Toplanış əla keçdi. ‘American Top Team" dünyanın ən yaxşı komandasıdır. UFC-nin ən yaxşı yarımorta çəki döyüşçülərindən biri olan Yaroslav Amosovla da hazırlaşmışam. Özümü yaxşı hiss edirəm. Artıq döyüş həftəsidir, bütün işlər görülüb, toplanış başa çatıb, çəkim qaydasındadır. İlk dəfə Las-Veqasda döyüşəcəyəm, baxmayaraq ki, əvvəllər ABŞ-da çıxış etmişəm. Özümü əla hiss edirəm. Las-Veqas gözəl yerdir. Bu şəhəri sevirəm, əvvəllər də burada olmuşam. Burada döyüşmək çox xoş olacaq", – Həsənov bildirib.

Döyüşçü saat fərqinə baxmayaraq, Azərbaycandakı azarkeşlərin onu dəstəkləyəcəyinə inandığını söyləyib.

"Ölkəm məni həmişə dəstəkləyir. Hamı döyüşü izləyəcək. Saat fərqi böyükdür, amma azarkeşlər yenə də qarşılaşmanı izləyəcəklər", – o deyib.

Həsənov UFC-də debütünün Bakıda baş tutduğunu da xatırladıb. O, doğma azarkeşlər önündə çıxış edərkən təzyiq hiss edib-etmədiyi barədə suala belə cavab verib:

"Bu, məni yalnız motivasiya edirdi. Heç bir təzyiq hiss etmirdim. Biz döyüşçülərik və gördüyümüz işdən zövq alırıq".

Sonda idmançı motivasiyasının daim yüksək olduğunu vurğulayıb:

"Mən həmişə motivasiyalı oluram. Səhər yuxudan oyananda belə motivasiyalı oluram. Şənbə gününü səbirsizliklə gözləyirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Oxşar xəbərlər