top
Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ Idman.biz
Bu gün, 17:55
- ↺ +

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

"Kağız üzərində favorit "Barselona" olsa da, "Sabah"ın qələbə qazanmaq şansı var. Çünki məğlubedilməz komanda yoxdur".

Bunu AZƏRTAC-a müsahibəsində Rusiyanın ÇSKA (Moskva) komandasının sabiq futbolçusu, hazırda isə Media Liqasında oynayan Dmitri Yefremov deyib.

31 yaşlı yarımmüdafiəçi karyerasının yaddaqalan məqamları, ÇSKA-nın "Real Madrid" üzərində qazandığı qələbələr, Azərbaycan futbolu, "Qarabağ" və "Sabah" klublarının avrokuboklardakı çıxışları, eləcə də məşqçilik fəaliyyəti barədə sualları cavablandırıb.

– Karyeranız ərzində müxtəlif klublarda, o cümlədən Moskva ÇSKA-sında çıxış etmisiniz. Karyeranızın ən əlamətdar dövrü hansıdır? Geriyə baxanda dəyişmək istədiyiniz məqamlar varmı?

– Konkret bir dövrü seçmək çətindir. Çünki karyeramın hər mərhələsində maraqlı hadisələr və uğurlar olub. ÇSKA-ya ilk gəlişim, titullar, çempionluqlar, kuboklar və UEFA Çempionlar Liqasında debütlə yadda qalıb. Daha sonra bir il müddətinə Çexiyaya köçdüm, "Slovan"la UEFA Avropa Liqasında debüt etdim və Çexiya çempionatında üçüncü yeri tutduq. "Orenburq"da çıxış etdiyim dövrdə bu komandanın Rusiya Premyer Liqasındakı ilk qolunun müəllifi oldum. Həmin komanda ilə I Liqada çempionluq yaşadıq. ÇSKA-ya qayıtdıqdan sonra isə Rusiya Superkubokunu qazandım. Bu qədər maraqlı məqam arasından yalnız birini seçmək çox çətindir.

Nəyisə dəyişmək istərdimmi? Yəqin ki, yox. Çünki başqa cür davransaydım, həyatım da fərqli istiqamətdə inkişaf edə bilərdi. Çarpaz bağlarımı zədələdiyim vaxtdan iki həftə sonra həyat yoldaşımın hamilə olduğunu öyrəndim. Bir il əvvəl mənə təklif olunan müqaviləni imzalasaydım, nələrin baş verəcəyini heç kim bilə bilməzdi. Buna görə də keçmişə nəzər salmağın mənası yoxdur.

– Bu zədə gələcək karyeranıza necə təsir etdi?

– Mənə müqavilə təklif ediləndə heç kim bir il sonra çarpaz bağlarımı zədələyəcəyimi bilmirdi. Zədədən sonra müqavilənin uzadılması məsələsi artıq gündəmdə deyildi. Bununla belə, ÇSKA bərpa prosesimə kömək etdi. Daha sonra ayaq biləyimin sınığı ilə nəticələnən zədə aldım. Həmin vaxt artıq ÇSKA-nın futbolçusu olmasam da, klub mənə yenə də dəstək oldu.

Zədələrin karyerama necə təsir etdiyini dəqiq deyə bilmərəm. Bəlkə də təsiri olub, bəlkə də yox. Bu, mübahisəli və bir qədər fəlsəfi məsələdir. Ola bilsin, səbəb təkcə zədələr deyildi, başqa amillər də rol oynayıb.

– Mediafutbola keçməyinizin əsas səbəbi nə oldu?

– Mediafutbola keçəndə əsas istəyim sadəcə futbol oynamaq və evdə olmaq idi. Həmin vaxt "Amkal" Rusiya Kubokunda peşəkar komandalarla qarşılaşırdı. Özümü yaxşı tərəfdən göstərmək və böyük ambisiyaları olan yaxşı bir komandaya düşmək istəyirdim.

Peşəkar liqada karyeramı davam etdirmək imkanlarım da var idi. Hətta Media Liqasında oynadığım müddətdə peşəkar klublardan təkliflər alırdım. Ancaq bəzən insan üçün rahatlıq daha vacib olur. Ailən, övladın varsa, yalnız öz istəyini deyil, ailən üçün nəyin daha yaxşı olacağını da düşünməlisən. Buna görə də Media Liqasında qalmağa qərar verdim.

– Gələcəkdə peşəkar futbola məşqçi kimi qayıtmağı düşünürsünüzmü?

– Hazırda uşaq məşqçisi kimi fəaliyyət göstərirəm. Tezliklə məşqçilik lisenziyası almaq üçün müraciət edəcəyəm və bu istiqamətdə daha çox çalışacağam. Ümid edirəm ki, gələcəkdə Premyer Liqa klublarından birinin baş məşqçisi olacağam. Ancaq bu barədə danışmaq hələ tezdir. Təcrübə toplamalı, müvafiq lisenziyalar almalıyam.

– 2018-ci ildə ÇSKA-nın "Real Madrid" üzərində tarixi qələbələrinin iştirakçısı olmusunuz. Həmin oyunlarla bağlı hansı xatirələriniz qalıb? Dünyanın ən güclü klublarından birinə qarşı meydana çıxanda nə hiss edirdiniz?

– Təəssüf ki, yalnız bir oyunda iştirak etdim. Səfər matçına da getməli idim, amma mikrotravmam var idi və məni heyətə daxil etmədilər. Tam hazır olmayan futbolçunu səfərə aparmağın nə mənası var?

Əlbəttə, "Real Madrid"ə qalib gəlmək hər komandanın bacardığı iş deyil. Xüsusilə də UEFA Çempionlar Liqasında. Ən təəssüfləndirici məqam isə "Real Madrid"i iki dəfə məğlub etdikdən sonra qrupdan çıxa bilməməyimiz, hətta UEFA Avropa Liqasına da vəsiqə qazanmamağımız idi. Bu, təkcə azarkeşlər üçün deyil, bizim özümüz üçün də şok olmuşdu.

Belə oyunlarda həyəcanın olması normaldır. Əsas vəzifəmiz səhv etməmək və rəqibə qol imkanı yaratmamaq idi. Belə səviyyəli futbolçulara fürsət versən, onlar bundan istifadə edəcəklər. "Real Madrid" oyun ərzində əsasən topa nəzarət edirdi, çünki qol vurmağa ehtiyacı var idi. Bizim də hücumlarımız və qol imkanlarımız oldu. İqor Akinfeyev həmin oyunda çoxsaylı qurtarışlar etdi və qələbəmizdə, ilk növbədə, onun böyük rolu oldu.

– Azərbaycan futbolu haqqında nə bilirsiniz?

– Əslində, Azərbaycan futbolu haqqında geniş məlumatım yoxdur. Yeniyetmələrdən ibarət yığmamızın Azərbaycanla qarşılaşdığı oyunlar olub, hətta məğlub olduğumuz vaxtlar da var. Akademiyamızın futbolçularından biri də Azərbaycan yığmasında çıxış edirdi. Biz bir-birimizə qarşı oynamışıq.

– "Qarabağ" və "Sabah"ın avrokuboklardakı çıxışlarını izləmisiniz?

– Ümumilikdə, Azərbaycan futbolunu çox izləməmişəm və bu komandalar haqqında geniş məlumatım yoxdur. "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışlarından 2017-ci ildə "Roma" ilə keçirdiyi oyunu xatırlayıram. Bakıda baş tutan həmin qarşılaşmada "Qarabağ" hesabda irəlidə olmasına baxmayaraq, İtaliya təmsilçisi sonda 2:1 hesabı ilə qalib gəldi. Yadımdadır ki, oyun maraqlı və baxımlı keçmişdi.

"Sabah" haqqında isə bildiyim odur ki, Vasili Berezutski həmin komandada məşqçilik edib və klub onun rəhbərliyi altında tarixində ilk kubokunu qazanıb.

– "Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri "Barselona"dır. Vaxtilə ÇSKA "Real Madrid"lə oyunda sensasiyaya imza atmışdı. Sizcə, Azərbaycan çempionu "Barselona"ya qarşı matçda oxşar uğuru təkrarlaya bilərmi?

– Ümumiyyətlə, hər komanda digərinə qalib gələ bilər. Kağız üzərində "Barselona" favorit olsa da, oyuna lazımi köklənməsə, "Sabah" isə meydana tam inamlı şəkildə çıxsa, niyə də olmasın? Biz də "Real Madrid"ə qarşı belə yanaşma ilə oynamışdıq.

Uşaq məşqçim həmişə deyirdi ki, xarakter və istək ustalığa qalib gəlir.

Bununla belə, düşünürəm ki, hazırkı "Barselona"ya qarşı mübarizə aparmaq çox çətin olacaq. Söhbət təkcə komandada yüksəksəviyyəli futbolçuların olmasından getmir. Məsələn, Lamin Yamal "Qızıl top" mükafatını qazanmadığı üçün çox istəkli olacaq və ilk oyundan etibarən özünü göstərməyə, növbəti "Qızıl top"a layiq olduğunu sübut etməyə çalışacaq.

Buna baxmayaraq, "Sabah"ın şanslarının olduğunu düşünürəm. Əsas məsələ komandanın özünə və "Barselona"ya qalib gələ biləcəyinə inanmasıdır. Məğlubedilməz komanda yoxdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Oxşar xəbərlər