Luçiano Spallettinin "Yuventus"da gələcəyi sual altına düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi hazırda onu vəzifəsində saxlamağa meyllidir, lakin qarşıdakı oyunlar yekun qərara təsir edə bilər.
Milli komandaların oyunları ilə bağlı fasilədən əvvəl keçiriləcək "Napoli", AZ və "Fiorentina" ilə qarşılaşmalar həlledici olacaq.
Bu oyunların nəticələri Spallettinin Turin klubundakı fəaliyyətinin davam edib-etməyəcəyi məsələsində həlledici rol oynaya bilər.
Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.