top
Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir Idman.biz
29 oktyabr 2026, 18:31
- ↺ +

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının təşkilati formatını yüksək qiymətləndirib.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, fransalı mütəxəssis 189 ölkənin iştirak etdiyi turnirin gözləntiləri doğrultduğunu bildirib.

"Deyərdim ki, hər şey mükəmməl işləyir. Biz 11 nəfərlik deyil, daha az oyunçunun iştirak etdiyi format istəyirdik. Çünki ölkələr arasındakı səviyyə fərqi çox böyük olardı. Həmçinin matçların daha qısa olmasını istəyirdik ki, bütün komandalar bir-biri ilə qarşılaşmaq imkanı qazansın", - deyə Venger vurğulayıb.

FIFA rəsmisi yarışın əsas məqsədinin dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmələrə öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaq olduğunu vurğulayıb.

"Hər bir istedada şans vermək dedikdə, məhz imkan yaratmaq nəzərdə tutulur. Buraya gəlib oynaya və yüksək səviyyəli futbolda özlərinə yer tapmaq üçün kifayət qədər bacarıqlı olduqlarını görə bilərlər", - deyə o qeyd edib.

Vengerin sözlərinə görə, belə yarışlar xüsusilə futbol baxımından kiçik ölkələrin təmsilçiləri üçün böyük əhəmiyyət daşıyır:

"Həyatda hansısa idman növünə həvəsin varsa, öz səviyyəni bilmək istəyirsən. Buna görə hamı ilə oynamalısan. Kiçik ölkələrin komandaları böyük ölkələrin təmsilçiləri ilə qarşılaşmalıdırlar. Sonra onlar evlərinə arzular və xoş xatirələrlə, eyni zamanda, inkişaf etmək üçün hansı istiqamətlərə diqqət yetirməli olduqlarını bilərək qayıda bilərlər. Çünki artıq öz səviyyələrini tanıyırlar".

Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı səkkiz nəfərlik komandalar arasında təşkil olunur. Qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarətdir.

Turnirdə FIFA-nın İstedadların İnkişafı Proqramına daxil olan akademiyalardan 554 futbolçu iştirak edir. Beynəlxalq futbol qurumunun məqsədi bu formatda yarışı hər il təşkil etməkdir.

Oktyabrın 24-də başlayan dünya çempionatı və festivalı ayın 30-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Futbol
Bu gün, 09:00

Sumqayıt Sabah qarşısında Mehdi Huseynzadə arenasında oynayacaq

Futbol
Bu gün, 08:40

Li Kan İn xaricdə 2026-cı ilin ən yaxşı Asiyalı futbolçusu, “Traktor”un qapıçısı Əlirza Beyranvənd isə Asiyanın ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 08:20

İmişli 12-ci turda Zirəni ev stadionunda qəbul edir

Futbol
Bu gün, 08:12

"Barselona" Lisandro Martinezın transferinə maraq göstərmədi: Deku və Flik rədd etdi

Futbol
Bu gün, 08:00

Blekpul klubu doğum günündə baş məşqçi Ian Evatti vəzifəsindən çıxardı

Futbol
Bu gün, 07:11

İnterin müdafiəçi transferi üçün 60 milyon avroluq qiymət tələb olunur

Futbol
Bu gün, 06:13

Real Madrid Chema Andresi geri gətirməyi düşünür

Futbol
Bu gün, 05:07

Poçettino “Old Trafford”da “Country Roads” mahnısını əlamət kimi qəbul etdi

Futbol
Bu gün, 04:38

PSJ dörd əsas futbolçu ilə müqavilələrini uzatmaq istəyir

Oxşar xəbərlər