top
Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir Idman.biz
Bu gün, 16:10
- ↺ +

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

"Belə turnirlərin keçirilməsi Azərbaycanın futbol ölkəsi kimi tanınması baxımından əla imkandır. Yarış yüksək səviyyədə təşkil olunub. Bu cür tədbirlərin davamlı olmasını arzulayıram".

Bu sözləri "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı danışarkən deyib.

Mütəxəssis Azərbaycanın U-16 millisi barədə fikirlərini bildirib.

"Milli komandanın udub-uduzması o qədər də önəmli deyil. Əsas məsələ futbolçuların bu turnirdə inkişaf etməsi, rəqibləri görməsi və təcrübə qazanmasıdır. Hansısa skaut gəlib iki-üç futbolçumuzu bəyənərsə, onlar Avropa klublarının akademiyalarına yollanıb orada məşq etmək imkanı qazanarlar. Bu, bizim üçün böyük qazancdır. Məqsəd yalnız qələbə qazanmaq deyil, bu turnirə pozitiv yanaşmaq və futbolçuların inkişafına şərait yaratmaqdır", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

E.Məmmədov U-17 yaş qrupunda çıxış edən futbolçuların perspektivlərinə də toxunub:

"Bu uşaqlar gələcəkdə milli komandaya namizəd ola bilərlər. Yaxşı futbolçulardır. Məncə, bu yaş qrupu Azərbaycan üçün ən yaxşılardan biridir. Ancaq əsas məsələ onların keçid dövrünü adlamasıdır. Əgər bunu bacarsalar, gələcəkdə çox perspektivli futbolçular olacaqlar və milli komandaya kömək edəcəklər".

Veteran futbolçu gələcəkdə yenidən Premyer Liqa klublarından birində çalışmağı hədəflədiyini söyləyib:

"Bu yola baş qoymuşuqsa, onun enişli-yoxuşlu olduğunu da qəbul etməliyik. Mən həm Premyer Liqada, həm də I Liqada işləmişəm. Yolumu davam etdirirəm, həvəsdən düşmürəm. Öyrənəcəyim çox şey var və hər gün yeni biliklər qazanmağa çalışıram. Hər məşq, hər oyun mənim üçün təcrübədir. Niyə də olmasın? İnanıram ki, gələcəkdə çox şey olacaq".

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı və festivalı 189 ölkədən futbolçuları bir araya gətirir. Turnir Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimləri ilə yekunlaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:03

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Oxşar xəbərlər