top
Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq Idman.biz
Bu gün, 17:03
- ↺ +

Bakıda keçirilən U-15 dünya çempionatında komanda səsverməsi ilə müəyyən olunan üç xüsusi mükafat təqdim olunacaq

Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və FIFA festivalı çərçivəsində üç xüsusi komanda mükafatı təsis edilib. Qaliblər komandaların özünəməxsusluğu, birliyi və müsbət əhval-ruhiyyəsi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

İdman.Biz xəbər verir ki, FIFA-nın məlumatına görə, təşkilatın bir çox digər yarışlarından fərqli olaraq, Bakıda "Qızıl buts" və ya "Fair-play" mükafatı kimi fərdi mükafatlar təqdim edilməyəcək. Bunun əvəzinə komandaları həm meydanda, həm də meydandan kənarda fərqləndirən xüsusiyyətlər ön plana çəkiləcək.

"FIFA-ya üzv assosiasiyaları təmsil edən 189 komandanın iştirak etdiyi bu tarixi tədbirdə inanılmaz enerjinin, rəqabət ruhunun, sevinc dolu anların və yeni dostluqların yaranmasının şahidi olduq. Bu, futbolu hər kəs üçün əlçatan etmək istiqamətində fəaliyyətimizi davam etdirmək həvəsimizi daha da artırır. Hər bir istedada özünü göstərmək imkanı vermək, futbolun bütün dünyada insanlara sevinc bəxş etməsini və yeni imkanlar yaratmasını istəyirik", - FIFA prezidenti Canni İnfantino bildirib.

Mükafatların qalibləri statistik göstəricilərə və ya rəsmilərin qərarına əsasən deyil, turnirdə iştirak edən yeniyetmə futbolçuların səsverməsi ilə müəyyənləşəcək. Oyunçular meydanda, paltardəyişmə otaqlarında və İdmançılar kəndində bir araya gələrək turnir boyunca səs verəcəklər. Komandalar parlaq və pozitiv oyunu, eləcə də davranışı ilə onlarda daha çox təəssürat yaradan kollektivə səs verə biləcəklər.

Festivalın sonunda üç nominasiya üzrə mükafat təqdim olunacaq. Bu nominasiyalarda medal verilməsi nəzərdə tutulmayıb.

"Distinctive Identity Award" - "Özünəməxsusluq mükafatı" aydın oyun üslubu və fərdi xüsusiyyətləri ilə seçilən komandaya veriləcək. Qiymətləndirmə zamanı kollektivin dəyərləri, oyun tərzi, komanda əməkdaşlığı, matçlardakı və festival tədbirlərindəki davranışı nəzərə alınacaq.

"United by Football Award" - "Futbol birləşdirir" mükafatı komanda daxilində birliyi və müsbət atmosferi fərqləndirən kollektivə təqdim ediləcək. Meydanda və meydandan kənarda oyunçuların birliyi, qarşılıqlı dəstək və əməkdaşlıq, həmçinin müşahidəçilərin və nümayəndələrin rəyləri nəzərə alınacaq.

"Positive Energy Award" - "Pozitiv enerji mükafatı" isə ən böyük həvəs və müsbət əhval-ruhiyyə nümayiş etdirən komandaya veriləcək. Oyunçuların bədən dili, ehtiyat oyunçular skamyasındakı davranışları, komanda yoldaşlarına dəstəyi və çətinliklərə reaksiyası qiymətləndiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Qarabağ FK
Bu gün, 17:55

Rusiyanın sabiq futbolçusu Dmitri Yefremov: “Sabah” çempionlar liqasında “Barselona”ya qalib gələ bilər, məğlubedilməz komanda yoxdur” - MÜSAHİBƏ

Futbol
Bu gün, 17:51

Harri Keyn 1 xalla Kilian Mbappenin üstün gələrək 2026-cı il "Qızıl top" mükafatını qazandı

Futbol
Bu gün, 17:49

Tevez açıqladı: Man City-ya keçidim Sir Alex Fergusondan qisas üçün

Futbol
Bu gün, 17:45

Hacıağa Hacılı: “Oyunumuz çətin keçdi, bərpa olmalı və Araz Naxçıvanla görüşməliyik”

Qarabağ FK
Bu gün, 17:42

Elvin Cəfərquliyev noyabrda Qarabağla yenidən yaşıl meydanlara qayıdacaq

Futbol
Bu gün, 17:23

Hansi Flik “Barselona”nın futbolçuları ilə ardıcıl məğlubiyyətlərdən sonra kabab gecəsi keçirərək komanda münasibətlərini bərpa edib

Futbol
Bu gün, 17:04

Radomyak yarımmüdafiəçisi İbrahima Kamaraya ağır cəza: 6 ay diskvalifikasiya və 50 min zloti cərimə

Futbol
Bu gün, 17:00

İlham Yadullayev: 1:9 məğlubiyyətimiz klub tarixində qara hərflərlə yazıldı

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Qarabağ FK
Bu gün, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Oxşar xəbərlər