top
Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır Idman.biz
29 oktyabr 2026, 16:49
- ↺ +

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Erməniəsilli ABŞ-li UFC döyüşçüsü Jan-Pol Lebosnoyani oktyabrın 31-də Las-Veqasda keçiriləcək UFC Fight Night turnirində azərbaycanlı Fərman Həsənovla qarşılaşacaq. O, döyüşün çətin keçəcəyini, lakin hakimlərin yekdil olmayan qərarı ilə qələbə qazanacağını düşünür.

İdman.Biz xəbər verir ki, Lebosnoyani qarşıdakı döyüşlə bağlı jurnalistlərə açıqlamasında belə deyib.

O, Fərman Həsənovla döyüşmək təklifinə reaksiyasından danışıb və rəqibinin güclü tərəflərini dəyərləndirib.

"Reaksiyam həmişə eynidir - "bəli". Farmanın döyüşlərinə baxanda və onun bacarıqlarını görəndə çox güclü güləşçi olduğunu anlayırsan. Onun çıxışları məni heyran etdi. O, rəqib üçün təhlükəli ola biləcək partlayıcı gücə malikdir. Hazırlıq zamanı həm onun güclü tərəflərinə, həm də öz bacarıqlarıma xüsusi diqqət yetirdik", - döyüşçü bildirib.

Amerikalı idmançı özü də güləşdə böyük təcrübəyə malik olduğunu vurğulayıb. Onun fikrincə, universallıq və təcrübə baxımından rəqibindən üstündür. Buna görə də qarşıdakı döyüşdə məğlubiyyət onun üçün ciddi uğursuzluq olardı.

"Bütün həyatım boyu qrapplinqlə məşğul olmuşam, buna görə də parterdəki bacarıqlarıma güvənirəm. Uzun illərdir zərbə texnikası üzərində də işləyirəm və ayaqüstü döyüşdə özümü inamlı hiss edirəm. Daha universal döyüşçü olduğum üçün itirəcəyim çox şey var. Fərman peşəkar karyerasının başlanğıcındadır, amma bu, onun zəif döyüşçü olduğu demək deyil. O, UFC-yə təsadüfən düşməyib və bu döyüş də səbəbsiz təşkil olunmayıb. Açığı, qarşılaşmanı səbirsizliklə gözləyirəm. Görək, döyüş necə alınacaq", - Lebosnoyani qeyd edib.

Sonda döyüşçü ili məğlubiyyətsiz başa vurmaq istədiyini bildirib.

"İli 3 qələbə və 0 məğlubiyyətlə başa vurmağı çox istəyirəm. Düşünürəm ki, bu il əsas məqsədim məğlubiyyətsiz qalmaq olub. Şənbə günü hər şey yaxşı getsə, üç qələbə ilə ili başa vurmaq, sağlam qalmaq, ilin qalan aylarında bir qədər dincəlmək və 2027-ci ilə yeni qüvvə ilə başlamaq istəyirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:13

“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın”

Futbol
Bu gün, 13:10

Chelsea son 5 oyunda dördüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 13:04

9-cu dəfə Braziliya çempionu oldular.

Futbol
Bu gün, 13:02

Azərbaycanın U-20 futbol millisində antidopinq təlimi keçirilib - FOTO

Futbol
Bu gün, 13:00

Elçin Səmədli Çempionlar Liqasının oyununa təyinat aldı

Qarabağ FK
Bu gün, 13:00

“Qarabağ” son 2 görüşdə “Kəpəz”ə qonaq olduğu vaxtlarda xalsız ayrılıb: Gəncədə növbəti yoxlanış başlayır

Futbol
Bu gün, 12:32

Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi

Futbol
Bu gün, 12:30

İtaliya nəhəngi qışda Vircil van Deyklə ilkin müqavilə bağlaya bilər

Qarabağ FK
Bu gün, 12:22

Bu günkü futbol matçları hansı kanallarda yayımlanır - TV AFİŞA

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Qarabağ FK
Bu gün, 12:07

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Futbol
Bu gün, 11:29

Laportadan “Barselona”ya böyük vəd: “Bu il bizim ilimiz olmalıdır”

Futbol
Bu gün, 11:10

Ronalduya müvəqqəti heykəl qoydular - VİDEO

Futbol
Bu gün, 11:09

Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda

Oxşar xəbərlər