Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo bildirib ki, ölkəsi 2026/27-ci il UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" məlumat yayıb.
Bu namizədlik Fransanın final turnirinə vəsiqə qazanmasından asılı olacaq. Bunun üçün Fransa millisi bu il qrup mərhələsini uğurla keçməli, daha sonra isə 2027-ci ilin martında keçiriləcək dörddəbir final qarşılaşmasında qalib gəlməlidir.
Əgər Fransa ev sahibi kimi seçilərsə, oyunlar 2027-ci ilin iyununda Lion və Sent-Etyen şəhərlərində keçirilə bilər.