top
İsrafil Aşurlı Pakistan dağlarında polşalı alpinisti xilas etdi: Eksklüziv təfərrüatlar Idman.biz
19 avqust 2025, 16:23
- ↺ +

İsrafil Aşurlı Pakistan dağlarında polşalı alpinisti xilas etdi: Eksklüziv təfərrüatlar

Dünyaca məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı ekspedisiyada növbəti həmkarını xilas edib.

İdman.biz-ə eksklüziv açıqlamasında İsrafil Aşurlı bildirib ki, onun sayəsində polşalı alpinist Valdemar Kovalevski xilas olunub.

Hadisə Pakistanın Karakorum dağ sistemində baş verib. K2 və "Broad Peak" zirvələrinin baza düşərgələri bir-birindən təxminən 3 km məsafədə yerləşir. Aşurlı deyir: "Mən K2-nin baza düşərgəsində idim və həmin zirvəyə qalxmağı planlaşdırırdım. Hadisə "Broad Peak"də baş verdi. Polşalı alpinist Valdemar Kovalevski ora qalxmağa çalışarkən bizdən təxminən 3 km aralıda qar uçqununun altında qaldı. Polşalı alpinistin problemləri ilə bağlı məlumat uçqunun ertəsi günü yayıldı".

Azərbaycanlı və polşalı alpinistlər 2019-cu ildən tanışdırlar və üç dəfə müxtəlif zirvələrdə qarşılaşıblar. Aşurlı sözlərinə davam edir: "Valdemarın kritik vəziyyətdə olduğunu, hərəkət edə bilmədiyini və pis hava şəraiti səbəbindən ona yardım göndərilmədiyini öyrənən kimi K2-nin baza düşərgəsində olarkən dərhal şerpalarla əlaqə saxladım. Onlar yüksəkdə işləməyə ən hazırlıqlı şəxslərdir. Qeyd edim ki, "Broad Peak"də hadisənin baş verdiyi baza düşərgəsində bir neçə alpinist qrupu var idi, amma heç kim köməyə getmədi".

Xilasetmə əməliyyatı üçün "Broad Peak"də yalnız bir gün hava əlverişli olub: "Qeyd edildiyi kimi, zirvədə olan ekspedisiya qrupları xilasetmədə iştirak etməkdən imtina etdi. Şerpalarla razılığa gəlmək də çətin oldu, çünki onların digər qruplara öhdəlikləri vardı. Nəticədə üç şerpa – Davasange, Miktemba və Pasangla razılıq əldə olundu".

İsrafil Aşurlı xilasetmə əməliyyatında birbaşa iştirak edib, vizual əlaqəni təmin edib və lazım gəldikdə fiziki yardım göstərib: "Valdemarla ikinci düşərgə yaxınlığında görüşdük və birlikdə enişə başladıq. O, xüsusi mata və polietilenlə bükülmüşdü ki, bu da qar, buz və qayalarda sürüşməyə imkan verirdi. Beləliklə, onu sürətlə birinci düşərgəyə endirdik, oradan qaranlıq düşənə qədər marşrutun başladığı nöqtəyə çatdırdıq. Daha sonra daşıyıcılar Valdemarı baza düşərgəsinə apardılar".

Bu xilasetmənin özəlliyi insanlar arasında düzgün əlaqə yaratmaq və hadisədən bir gündən artıq müddət ərzində mövcud olmayan qarşılıqlı əlaqəni təşkil etmək idi. Aşurlı deyir: "Bu işi bacardığıma, alpinistin xilas olunmasında təşkilatçı kimi çıxış etdiyimə və əsas koordinator olduğuma görə şadam. Bununla belə, sadəcə baza düşərgəsində olmamışam, əməliyyatın özündə də birbaşa iştirak etmişəm. İlk növbədə çağırışıma cavab verən, yaxşı komanda şəklində birləşərək xilasetmə əməliyyatını peşəkarcasına həyata keçirən şerplərə təşəkkürümü bildirmək istəyirəm. Əgər həmin gün bu əməliyyatı həyata keçirmək mümkün olmasaydı, hava şəraiti səbəbindən bir neçə gün gözləməli olacaqdıq və zədələnmiş Valdemara nə olacağı bəlli deyil".

Qeyd edək ki, azərbaycanlı alpinistin həmkarlarını xilas etməsi ilk dəfə deyil.

Aşurlı 2022-ci ilin iyulunda elə həmin "Broad Peak"də təxminən 7700-7800 metr hündürlükdə ağır vəziyyətdə olan rumıniyalı alpinist Ceo Badeanı aşkar edib, zirvəyə çıxışını dayandıraraq zərərçəkəni 7300 metrə qədər endirib, orada isə digər alpinistlər də köməyə gəliblər.

2023-cü ilin iyulunda isə Pakistanın Nanga Parbat zirvəsinə yaxınlaşarkən Aşurlı zirvəyə qalxmaqdan imtina edib və xilasetmə işlərinə başlayıb: onun ümidsiz vəziyyətdə tapdığı polşalı alpinist Pavel Kopets oradaca vəfat edib. Aşurlı qar korluğu səbəbilə görmə qabiliyyətini itirmiş pakistanlı Asif Bhattini isə əvvəl C3 düşərgəsinə, sonra isə C2-yə qədər çatdırıb. Orada onları pakistanlı alpinistlər qarşılayaraq əsas düşərgəyə endiriblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
09 oktyabr 2026, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
09 oktyabr 2026, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Oxşar xəbərlər