top
“İdmanda dopinqə yer yoxdur” Sport24.az
05 aprel 2025, 18:00
- ↺ +

“İdmanda dopinqə yer yoxdur”

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2025-ci il 11 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. Sport24.az xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır.

 

WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) də 2025-ci il 7 – 13 aprel tarixlərini ölkəmizdə "Ədalətli idman həftəsi" elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayır.

 

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib. Ali antidopinq qurumu cari il əlamətdar günün "Ədalətli yarış səndən başlayır" şüarı altında keçirilməsini və bu mövzuda postların "PlayTrueDay" həştəqi vasitəsilə paylaşılmasını təklif edir.

 

"Ədalətli idman həftəsi – 2025" ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımların edilməsi nəzərdə tutulub. Buraya məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirləri, eyni zamanda, Ədalətli İdman Günü ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İdmansevərlər bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biləcəklər.

 

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə "Ədalətli idman həftəsi – 2025" barədə danışarkən deyib:

 

"İdman yalnız fiziki güc nümayişi deyil, eyni zamanda dürüstlük, zəhmət, əzm və ədalət prinsiplərinə əsaslanan bir həyat tərzidir. Ədalətli İdman Gününün qeyd olunması idmanda şəffaflıq prinsiplərini və idmançıların öz bacarıqlarına güvənməsinin vacibliyini bir daha ön plana çıxarır. İdmanda dopinqə yer yoxdur. O, yalnız qaydaları pozmaq deyil, həm də idmanın mahiyyətini, onun ruhunu məhv etmək deməkdir. Hər bir idmançı bilməlidir ki, qazanılan uğur yalnız və yalnız öz zəhmətinin, intizamının və bacarığının nəticəsi olmalıdır. Dopinq vasitələri qısamüddətli üstünlük təmin edə bilər, lakin bu, idmançının karyerasını, sağlamlığını və nüfuzunu ciddi şəkildə zədələyir. Azərbaycanın idman tarixində əzmkar və dürüst mübarizə aparan idmançılarımızın adları qızıl hərflərlə yazılıb. Olimpiya və dünya çempionlarımız, beynəlxalq arenalarda bayrağımızı yüksəldən idmançılarımız əsl nümunədir. Biz bu ənənəni davam etdirməli, yeni nəsil idmançılara idmanda dürüstlüyün əsas dəyər olduğunu aşılamaq üçün daha çox çalışmalıyıq. Ədalətli və təmiz idman üçün hər birimiz məsuliyyət daşıyırıq. Gəlin, birlikdə idmanı daha ədalətli, daha mənalı və daha parlaq edək".

 

WADA 2014-cü ildən bəri hər il aprel ayında Ədalətli İdman Günü keçirir. Aprel ayının fərqli tarixlərində qeyd olunan əlamətdar gün bu il 11 aprelə təsadüf edir. Artıq 11 ildir ki, Ədalətli İdman Günü xüsusi olaraq qeyd edilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Dünən, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Dünən, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Dünən, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Dünən, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Dünən, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Dünən, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər