top
İdmançıların qələbə qeyd etməyin qeyri-adi yolları: Məclislər, pələnglər, fişənglər Idman.biz
13 mart 2026, 09:30
- ↺ +

İdmançıların qələbə qeyd etməyin qeyri-adi yolları: Məclislər, pələnglər, fişənglər

Böyük qələbələrdən sonra idmançılar adətən mətbuat konfransı, müsahibə, yaxud rəsmi tədbirlərlə kifayətlənirlər. Lakin bəziləri tam fərqli yol seçir - dəbdəbəli məclislər, bahalı şopinq və ya mediada uzun müddət müzakirə olunan oxşar hadisələr. İdman tarixində elə hallar var ki, qələbənin özü qədər onun qeyd olunma tərzi də yadda qalıb.

Useyn Bolt – bir neçə gün davam edən məclis

İdman.Biz xəbər verir ki, Pekin-2008 və London-2012 Olimpiadalarındakı zəfərlərdən sonra yamaykalı sprinter sakit istirahətdən imtina edir. O, finişdən dərhal sonra dostları və böyük bir kompaniya ilə gecə klublarına yollanır.Bu məclislər bəzən iki-üç gün davam edirdi. U. Bolt özü bunu sadə izah edirdi: yarışdan sonra yaranan adrenalini dərhal sakit rejimlə əvəz etmək asan deyil.

O, bəzən məclislərdə dicey pultunun arxasına keçir, medalını boynundan çıxarmadan rəqs edir və foto-kameraların obyektivinə tuş gəlirdi. Olimpiya çempionunun səhər tezdən fastfud sifariş etdiyi fotolar ən az finiş kadrları qədər dolaşmışdı. Bu məclislər onun haqqında "planetin ən sürətli insanı" ilə yanaşı, ən böyük "party-sevər" obrazını da formalaşdırdı.

Mayk Tayson - kubok əvəzinə pələng

1990-cı illərdə boksçu yalnız qələbələri ilə deyil, böyük xərcləri ilə də gündəmdə idi. Çempion olduğu növbəti dueldən sonra Tayson 70 min dollara benqal pələngi almışdı. M.Tayson "Keniya" adlı yırtıcını Las-Veqasdakı malikanəsinin həyətində saxlayırdı.

Pələng qısa müddətdə onun imicinin bir hissəsinə çevrildi. Tayson heyvanla şəkillər çəkdirir, onu ipdə gəzdirir, hətta qonaqlara sığallamağa icazə verirdi. Media isə bu hekayəni boks duelindən az yayımlamırdı.

Sonralar idmançı etiraf etmişdi ki, pələngi saxlamaq ayda minlərlə dollara başa gəlirdi və bu qərar tam impulsiv idi. Heyvan böyüyüb təhlükəli olduqdan sonra Tayson onu qoruğa təhvil vermişdi.

Mario Balotelli - hamamda fişəng

2011-ci ildə "Mançester Siti" klubunda çıxış edən Balotelli futbol tarixinin ən qəribə məclislərindən birinə imza atmışdı. Vacib oyundan əvvəl o, evində dostları ilə qələbəni qeyd edir və hamam otağında fişəng buraxmaq qərarına gəlir.

Fişənglərdən biri dəsmalların üzərinə düşərək onları alışdırır, alov isə pərdələrə keçərək evdə yanğın yaradır. Yanğınsöndürənlər hadisə yerinə tez gəlsələr də, zərər on minlərlə funt sterlinq qiymətləndirilmişdi.

Maraqlıdır ki, ertəsi gün Balotelli meydana çıxaraq qol vurdu və sevinərkən üzərində məşhur "Why always me?" ("Niyə həmişə mən?") yazısı olan köynəyi göstərdi. Bu epizod onun gözlənilməz və qalmaqallı futbolçu obrazını daha da gücləndirdi.

İdman tarixində qələbələr çoxdur, amma onların bəzisi yalnız nəticə ilə yox, qeyd olunma tərzi ilə də yadda qalır. Bəzən bir məclis, bir alış və ya bir səhv addım illərlə danışılan hekayəyə çevrilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Oxşar xəbərlər