top
İdman Bürcü: 21-27 İyul Həftəsi Üçün Astroloji Proqnoz Idman.biz
20 iyul 2025, 12:21
- ↺ +

İdman Bürcü: 21-27 İyul Həftəsi Üçün Astroloji Proqnoz

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar işlə bağlı məsələlərə xüsusi diqqət yetirməlidirlər: karyera dəyişiklikləri üçün əlverişli zamandır. Varlanmaq üçün bol şanslar açılacaq. Gözəl iş təklifi gözlənilir. Şəxsi həyata gəlincə, həddindən artıq məşğulluq zəminində ailədə və ya sevgilinizlə münaqişələr yarana bilər. Amma sevgilinizdə də az yoxdur; çoxlu vədlər verir, lakin hamısını yerinə yetirmir. Davalarınızı minimum həddə çatdırmaq üçün sevgilinizlə danışın, narahat edən bütün məqamları müzakirə edin. Tennis, sambo, voleybol, basketbol, həndbol və cüdoçular üçün yaxşı başlanğıc olacaq.

Buğa
Həftənin əvvəli bəzi cəsarətli ideyaların həyata keçirilməsi üçün mükəmməl vaxtdır. Başqaları sizin ideyanızın reallığına inanmaya bilərlər, əsas odur ki, siz özünüz uğura inanın. Buna görə də mütləq intuisiyanıza güvənin, o, sizə heç vaxt səhv yol göstərməz. Subaylar, həftənin ikinci yarısında evlilik təklifi ala bilərsiniz. Bu təklif sizin dostunuzdan da gələ bilər. İllərdir sizi sevən, lakin cəsarət edib öz hisslərini deyə bilməyən o insana mütləq "hə" deyin. Onunla xoşbəxt olacaqsınız. Üzgüçülük, şahmat, güləş və karate idman növlərində bol-bol uğurlar vəd edilir.

Əkizlər
Həftə Əkizlər üçün əlverişli olacaq. Davamlı uğurlar gözlənilir. Sizə qarşı olanları ifşa edib, həyatınızdan silmək vaxtıdır. Çalışın ətrafınıza yaxşı insanları yığın. Həftənin sonunda çoxdan görmədiyiniz insanlarla görüşəcəksiniz və bu, sizin üçün çox faydalı olacaq. Sevincli xəbərlər bununla da bitməyəcək: müdiriyyət fəaliyyətinizi yüksək qiymətləndirəcək. Maddi durumunuzda artım hiss edəcəksiniz. Amma sevgi cəbhəsində yeniliklər gözləməyin, vaxt gələndə sevinəcəksiniz. Səbirli və təmkinli olmağa çalışın. Avarçəkmə, güləş, qaçış, qılıncoynatma, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Xərçəng
Bu həftə Xərçənglər sevindirici xəbər eşidəcək: bu, çoxdan gözlədiyiniz vacib məlumat ola bilər. Bu günlərdə sevgi münasibətinə başlamağa çalışmayın. Xoşunuza gələn biri varsa, onu mütləq yoxlayın, yalnız bundan sonra ürəyinizi ona açın. Xərçənglərin karyera yüksəlişi üçün əlverişli dövrdür. Bütün maneələrə baxmayaraq, arzularınızın dalınca gedin və sonda mütləq uğur qazanacaqsınız. Həftənin sonunda gözlənilməz iş təklifi vəd edilir. Sağlamlığınızla bağlı problemlər ola bilər, bol vitaminli qidalar qəbul edin. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Bu həftə Şirlər qarşılıqsız sevgi ilə üzləşəcək. Lakin sonda sevgilisi ilə qovuşacaq. Tez-tez xəyyallara dalan Şir reallıqla barışmalıdır: həyatınızı dəyişmək üçün imkanlarınız var. Bunlardan istifadə etsəniz, varlanma ehtimalınız yüksəkdir. Karyeranızda kiçik dəyişikliklər gözlənilir; çalışın öz əməyinizlə müdiriyyətin diqqətini çəkin. Həftənin sonunda dostunuz sizə gəlirli iş təklif edə bilər: mütləq şəkildə qəbul edin, uğurlarınız bol olacaq. Güləş, stolüstü tennis, cüdo, gimnastika və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Qız
Qızlar bu həftə puluna qənaət etməli, xərcləri əvvəldən planlaşdırmalıdırlar. Təsadüfi tanışlıq həyatınızı dəyişəcək. Bu, gələcəkdə sizinlə iş birliyi quracaq insan ola bilər. Əks-cinsin nümayəndəsi sizin könlünüzü almaq üçün dəridən-qabıqdan çıxacaq. Sizin təkrarolunmaz cazibəniz çox insanın ağlını başından alır. Həftəsonu səyahət etmək üçün imkan olacaq. Bu təklif sizin dostunuz tərəfindən gələ bilər. Cüdo, güləş, karate, üzgüçülük və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Tərəzi
Tərəziləri yeni tanışlıqlarla dolu həftə gözləyir. Xəyalları reallığa çevirməyin əsl vaxtıdır: ideyanız varsa, mütləq gerçəkləşdirin. İnanın ki, bütün işləriniz alınacaq! Gözlənilməz iş təklifi və ya karyera yüksəlişi vəd olunur. Sevgisiz sferasında da şanslı günlərdir: tanış olacağınız şəxsə güvənin. Onunla xoşbəxt olma ehtimalı yüksəkdir. Həftəsonu şansınız çox yüksəkdir: bəxt sizin tərəfinizdə olacaq. Güləş, minifutbol, futzal, basketbol və karate idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əqrəb
Bu həftə tələsik heç nə etməyin, buraxın hər şeyi həyatın axarına. Həftənin ortalarından etibarən iş üçün əlverişli dövr başlayacaq. Yeni iş təklifi, müqavilələr və karyera yüksəlişi gözlənilir. Pulunuzu düzgün yerə yönəldin: kiçik biznes açmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Sevgilinizə daha çox vaxt ayırın, ona xoşbəxt anlar yaşatmağa çalışın. Voleybol, hokkey, həndbol, basketbol və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Oxatan
Oxatanlar özünə nəzarəti itirmək, idarəolunmaz duyğulara düşmək riski altındadır. Tələskənliyə əsla yol vermək olmaz. Bunun nəyə gətirib çıxara biləcəyini demək çətindir. Səyahət etmək planlarınız varsa, çalışın gələn həftəyə saxlayın. Həftəsonu ailəniz tərəfindən təzyiqə məruz qalacaqsınız. Fikriniz ailə üzvlərinizin fikrləri ilə üst-üstə düşməyəcək. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər, çalışın səbirli olun. Həndbol, güləş, atıcılıq, voleybol, futzal və basketbol idman növlərində uğurlar vəd olunur.

Oğlaq
Oğlaq üçün həftə müsbət hadisələrlə yadda qalacaq. Əgər hələ də ikinci yarınızı tapmamısınızsa, bu həftə çılğın və romantik insana rast gələcəksiniz. Lakin ailəniz və dostlarınızın seçiminizi başa düşə və qəbul edə bilməyəcəklərinə hazır olun. Başqalarının məsləhətlərinə əhəmiyyət verməyin, çünki xoşbəxtliyiniz kənar müdaxilələrə məruz qalmamalıdır. Sağlamlığınıza diqqət yetirin. Sambo, avarçəkmə, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Dolça
Bu həftə Dolçaları sevgi dolu günlər gözləyir. Ağlasığmaz bir dövr başlayır: hər gün sanki bir serial olacaq. Xoşbəxt günləriniz kədərli günlərinizdən xeyli çox olacaq və bu "film" gözəl bitəcək. Maddi sıxıntıya görə o qədər də məyyus olmayın. Zəkanız sayəsində ölkədə ən varlı şəxsə çevrilə bilərsiniz. Həftəsonu sevincinizə səbəb olacaq köhnə tanışlarınızla rastlaşacaqsınız. Otüstü hokkey, voleybol, güləş, qaçış, üzgüçülük və atçılıq növlərində uğurlar gözləniləndir.

Balıq
Bu həftə bəzi vacib qərarları təkbaşına qəbul etməli olacaqsınız: çalışın, intuisiyanıza qulaq asın. Sevdiyiniz insanla münasibətlər pisləşə bilər. Birtərəfli mövqe tutmaqdan əl çəkin, başqalarının da fikrini anlamağa çalışın və lazımsız yerə hər şeyi dramatikləşdirməyin. Maddi baxımdan çox əlverişli həftədir. Pulunuz sürətlə artacaq. Həmçinin yaxın qohumunuzdan maddi yardım və ya hədiyyə gözlənilir. Cüdo, çövkən, avarçəkmə, güləş, atletika və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Oxşar xəbərlər