top
Dadaş Dadaşbəyli ikinci dəfə idman səfiri seçilməsindən danışıb Idman.biz
18 mart 2026, 13:56
- ↺ +

Dadaş Dadaşbəyli ikinci dəfə idman səfiri seçilməsindən danışıb

"Dövlətimizin idmançılara ictimai fəaliyyətdə şans verməsi təqdirəlayiqdir. Bu etimadı doğrultmaq üçün səylə çalışacağıq".

Bu sözləri azərbaycanlı ağırlıqqaldıran Dadaş Dadaşbəyli 2026-cı il üçün idman səfiri seçilməsi ilə bağlı danışarkən deyib.

Avropa çempionu, dünya ikincisi və üçüncüsü olmuş atlet ikinci dəfə idman səfiri seçilməsinin onun üçün böyük sevinc və qürur mənbəyi olduğunu söyləyib.

"Bu, sözlə ifadə edə bilməyəcəyim dərəcədə sevindirici haldır. İlk növbədə Gənclər və İdman Nazirliyinə mənə göstərilən diqqətə, qayğıya və etimada görə dərin təşəkkürümü bildirirəm. Bu vəzifə üçün ikinci dəfə şans verilməsi və etimad göstərilməsi mənim üçün çox dəyərlidir. Bu seçimdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının dəstəyini də xüsusi vurğulamaq istərdim. İkinci dəfə namizədliyimi irəli sürdülər. Bu, mənim üçün əlavə məsuliyyət yaradır", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

O, idman səfiri kimi əsas məqsədinin ölkədə idmanın təbliğini daha da genişləndirmək olduğunu bildirib: "Bir idmançı kimi müəyyən nailiyyətlər əldə etmişəm. Lakin dövlətimizin bizi belə fəal ictimai işlərə cəlb etməsi xüsusilə sevindiricidir. Bu vəzifədə əlimdən gələni edəcəyəm ki, idmana maraq daha da artsın, gənclərimizi motivasiya edə bilək".

İdmançının sözlərinə görə, gənclərlə işləmək və onlara nümunə olmaq əsas prioritetlərdəndir: "Çalışacağıq ki, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr barədə gəncləri məlumatlandıraq. İnanıram ki, gələcəkdə onlar daha böyük uğurlara imza atacaqlar".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin ötən gün keçirilən kollegiya iclasında Dadaş Dadaşbəyli ilə yanaşı, Ülviyyə Fətəliyeva (şahmat), Aynur Yusifova (gimnastika), Vəfa Musayeva (alpinizm) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün "İdman səfiri" seçiliblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Cüdo
Bu gün, 01:23

Daşkənddə Azərbaycanın beş cüdoçusu son fərdi medallar uğrunda yarışacaq

Futbol
Bu gün, 01:04

Kompani xəstəxanadan çıxıb, Bayern oyununda ilk dəfə məşqçiyə döndü

Şahmat
Bu gün, 00:49

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Futbol
Bu gün, 00:35

Zamiq Əliyevin erkən qolu 'Eqnatiya' 0:1 məğlubiyyətinə təsir etmədi

Voleybol
Bu gün, 00:16

“Xilasedici” kapitanı Vüqar Bayramov: Səfərdə azarkeşlərimizi sevindirmək üçün çalışacağıq

Futbol
Dünən, 23:54

Ronaldo 986-cı qolunu əlavə etdi

Futbol
Dünən, 23:48

Antonio Konte: ‘Mənim metodumdan qorxanlar qələbədən qorxur’

Basketbol
Dünən, 23:33

Kevidin Dürantın 'Hugging Face' şirkətindəki sərmayəsi 60 milyon dollara çatdı

Futbol
Dünən, 23:24

Sumqayıtda 6 qol – Sabah 5, Sumqayıt 1 (VİDEO)

Futbol
Dünən, 23:18

Sabah'ın müdafiəçisi Puxaç: "Barselona"nı məğlub etməyi arzulayıram - VİDEO

Futbol
Dünən, 23:04

Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq

Qarabağ FK
Dünən, 22:55

"Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satıldı: Gəncə stadionunda mövsümün təyinatı qeydə alınacaq

Güləş
Dünən, 22:39

UWW Fərhad Bağırovu grapplinq üzrə Bakıdakı çempionatın əsas favoriti elan etdi

Futbol
Dünən, 22:28

FIF rəhbəri Ayaz Abdullayevin Quba klubu ilə bağlı iddialarını rədd etdi

Futbol
Dünən, 22:22

Aleksey İsayev Sumqayıt qarşısında qolu yeni doğulan körpəsinə həsr etdi

Futbol
Dünən, 22:08

Kriştianu Ronaldu "Əl-Əhli" yenilməsində karyerasının 986-cı qolunu vurdu

Oxşar xəbərlər