top
Bodo/Qlimt vikinqlərinin Avropanı heyrətə gətirməsi Qol.az
18 aprel 2025, 09:31
- ↺ +

"Bodo/Qlimt" vikinqlərinin Avropanı heyrətə gətirməsi

Norveçin "Bodo/Qlimt" komandası Avropada uğurlu çıxışını davam etdirir. Norveç təmsilçisi tarixində ilk dəfə Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb. 

QOL.az xəbər verir ki, Bodo təmsilçisi 1/2 final mərhələsinin cavab matçında ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi "Latsio" ilə Romada qarşılaşıb. Meydan sahibləri matçı əlavə vaxta aparmağı və hətta 100-cü dəqiqədə hesabı 3:0 etməyi bacarsa da, norveçlilər əsl vikinqlər sayağı əzmkarlıq göstəriblər. 109-cu dəqidə Andreas Helmersenin qolu sayəsində hesabı 3:1 edən "Bodo" matçı penaltilər seriyasına aparıb. Seriyada isə onlar üstün olublar - 3:2. 2 epizodda rusiyalı Nikita Xaykin "Bodo/Qlimt"i qoldan xilas edib.

Oyundan sonra nə dedilər?

"Bodø/Glimt"in baş məşqçisi Kyetil Knutsen bildirib: "Mən möcüzələrə deyil, bizim çıxdığımız yola inanıram. Amma bu gün möcüzə baş verdi. Qeyri-adi bir oyun keçirdik. Yarımfinala yüksəlməyimizlə inanılmaz dərəcədə qürur duyuruq".

"Bodo/Qlimt"in qapıçısı Nikita Xaykin isə deyib: "Bu, möhtəşəm bir nailiyyətdir. Çox sevincliyik. Bu, yalnız klubumuz üçün deyil, bütün Norveç futbolu üçün tarixi hadisədir. Qaçırdığımız imkanlara görə əsəbləşmişdim. Amma bu, futbolun ayrılmaz hissəsidir və məhz buna görə biz bu oyunu sevirik. Penaltilər seriyasında özümün intuisiyama inandım. Kastelyanosun zərbəsini dəf etdiyim an qələbə qazandığımızı dərhal anlamadım. Sonra uşaqların qaçdığını gördüm və mən də onlara qoşuldum".  

"Latsio"nun baş məşqçisi Marko Baroni bildirib: "Nəticə məyusedicidir, çünki əla oyun göstərdik. Komanda çox yaxşı çıxış etdi və azarkeşlər bizi dəstəkləməyə davam etdilər. Uşaqlar enerjili və ürəklə mübarizə apardılar. Onlarla fəxr edirəm və həm onları, həm də bizə azarkeşlik edən hər kəsi təbrik edirəm."

"Latsio"nun kapitanı Mattia Dzakkanyi deyib: "Çox təəssüf. Bu, demək olar ki, mükəmməl bir oyun idi. 120 dəqiqə ərzində yüksək intensivliklə oynadıq və heç bir cəhətdən geri qalmadıq. Məşqçimiz də bizdən bunu istəyirdi. Ola bilsin, buraxılan qol epizodunda bir az daha diqqətli ola bilərdik."

Xatırladaq ki, "Bodo/Qlimt" bu mövsüm Avropa Liqasında  "Qarabağ"ın 8 rəqibindən biri olub. Azərbaycan çempionu yeganə qələbəsini (2:1) məhz bu komanda üzərində səfərdə qazanmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Sumqayıt "Şəfa" ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:43

150 milyon avro təklifinə baxmayaraq, Unai Simonun sadiqliyi

Futbol
Bu gün, 08:40

Tottenham qış transfer dövründə fransalı hücumçunu Krouppini komandaya qatmaq istəyir

Futbol
Bu gün, 08:28

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Oxşar xəbərlər