top
Bakıda Ironman 70.3: Yarış haqqında məlum olan detallar - İDMAN.BİZ İcmalı Idman.biz
13 fevral 2026, 10:57
- ↺ +

Bakıda "Ironman 70.3": Yarış haqqında məlum olan detallar - İDMAN.BİZ İcmalı

Bu il Azərbaycanda qeyri-ənənəvi idman növləri arasında ən diqqətçəkən yarışlardan biri triatlon üzrə "Ironman 70.3" turniri olacaq. Yarış sentyabrın 5-də Bakıda keçiriləcək və starta hələ altı aydan çox vaxt qalsa da, artıq bir sıra detallar bəllidir.

İdman.Biz xəbər verir ki, "Ironman 70.3" "dəmir məsafə"nin yarısı hesab olunur və ümumilikdə 113 kilometrə bərabərdir. Bu, təkcə Qafqazda deyil, ümumilikdə postsovet məkanında keçiriləcək ilk belə yarış olacaq və dünyanın müxtəlif ölkələrindən idmançıları bir araya gətirəcək. Proqrama 1,9 km üzgüçülük, 90 km velosiped mərhələsi və 21,1 km qaçış daxildir.

Əsas startla yanaşı, təşkilatçılar bir neçə paralel tədbir də planlaşdırırlar. Bunlara "Ironkids" uşaq yarışları, əyləncə proqramı və "Ironman Expo" sərgi zonası daxildir. Məqsəd idmanı paytaxtın mədəni və turizm potensialı ilə birləşdirməkdir.

Marşruta gəlincə, üzgüçülük mərhələsi Bakı buxtasında keçiriləcək ki, bu da triatlonçular üçün nisbətən sakit su şəraiti vəd edir. Velosiped yarışı həm şəhər, həm də şəhərətrafı əraziləri əhatə edəcək, sürət yığmaq üçün uyğun hissələr və mülayim yoxuşlar olacaq. Qaçış mərhələsi isə minimal hündürlük fərqi ilə Dənizkənarı bulvarda təşkil ediləcək və bu, nisbətən sürətli nəticələrə imkan verəcək.

"Ironman 70.3 Baku" üçün qeydiyyat artıq açıqdır və yarış gününə qədər yaşı minimum 18 olan hər kəs müraciət edə bilər. Startın Azərbaycanda və bütövlükdə Qafqazda triatlonun yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyi gözlənilir. Ironman brendi altında yarışın təşkili yüksək təşkilatçılıq, təhlükəsizlik və infrastruktur standartları deməkdir.

Brend rəhbərliyi Bakının beynəlxalq təqvimə daxil edilməsini seriyanın yeni regionlarda, xüsusilə postsovet məkanı və Avrasiyada populyarlığının genişləndirilməsi baxımından vacib addım kimi qiymətləndirir. Qərarın verilməsində Bakının "Formula-1" və digər iri turnirlərə uğurla ev sahibliyi etməsi, eləcə də sentyabr ayı üçün əlverişli nəqliyyat və iqlim şəraiti əsas rol oynayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:09

İngiltərə millisinin baş məşqçisi Tuxel Norveçlə 1/4 final qarşılaşması barədə danışır

Futbol
Bu gün, 08:00

Polşada oyun alveri şübhəsi ilə 10 futbolçu futboldan uzaqlaşdırıldı

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Cüdo
Bu gün, 01:23

Daşkənddə Azərbaycanın beş cüdoçusu son fərdi medallar uğrunda yarışacaq

Futbol
Bu gün, 01:04

Kompani xəstəxanadan çıxıb, Bayern oyununda ilk dəfə məşqçiyə döndü

Şahmat
Bu gün, 00:49

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Futbol
Bu gün, 00:35

Zamiq Əliyevin erkən qolu 'Eqnatiya' 0:1 məğlubiyyətinə təsir etmədi

Voleybol
Bu gün, 00:16

“Xilasedici” kapitanı Vüqar Bayramov: Səfərdə azarkeşlərimizi sevindirmək üçün çalışacağıq

Futbol
Dünən, 23:54

Ronaldo 986-cı qolunu əlavə etdi

Futbol
Dünən, 23:48

Antonio Konte: ‘Mənim metodumdan qorxanlar qələbədən qorxur’

Basketbol
Dünən, 23:33

Kevidin Dürantın 'Hugging Face' şirkətindəki sərmayəsi 60 milyon dollara çatdı

Futbol
Dünən, 23:24

Sumqayıtda 6 qol – Sabah 5, Sumqayıt 1 (VİDEO)

Futbol
Dünən, 23:18

Sabah'ın müdafiəçisi Puxaç: "Barselona"nı məğlub etməyi arzulayıram - VİDEO

Futbol
Dünən, 23:04

Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq

Qarabağ FK
Dünən, 22:55

"Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satıldı: Gəncə stadionunda mövsümün təyinatı qeydə alınacaq

Güləş
Dünən, 22:39

UWW Fərhad Bağırovu grapplinq üzrə Bakıdakı çempionatın əsas favoriti elan etdi

Futbol
Dünən, 22:28

FIF rəhbəri Ayaz Abdullayevin Quba klubu ilə bağlı iddialarını rədd etdi

Oxşar xəbərlər