top
Bakı Marafonu 2026: Yeni Marşrut və Tam Maraton Məsafəsi Idman.biz
22 fevral 2026, 16:44
- ↺ +

"Bakı Marafonu 2026": Yeni Marşrut və Tam Maraton Məsafəsi

"Bakı Marafonu 2026"ya qeydiyyat başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi keçirilən yarış bu dəfə əsas yeniliklə yadda qalacaq. Marafon ilk dəfə 42 kilometr məsafədə tam marafon formatında və fərqli marşrut üzrə təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, yarış mayın 3-də saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək. Finiş xətti isə "Sea Breeze" ərazisində olacaq.

Doqquzuncu Bakı Marafonunun marşrutu belədir: Dövlət Bayrağı Meydanı – Dənizkənarı Bulvar – Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti – Bakı Ağ Şəhər bulvarı – 8 Noyabr prospekti – Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti – Böyük İpək Yolu küçəsi – Müzəffər Nərimanov küçəsi – Ziya Bünyadov prospekti – Böyükşor-Pirşağı yolu – Bilgəh-Pirşağı şosesi – "Sea Breeze".

Marafonda iştirak etmək istəyənlər aprelin 25-dək marathon.az saytı vasitəsilə, həmçinin "28 Mall", "Dəniz Mall" və "Gənclik Mall" ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrində ödənişli qaydada müraciət edə bilərlər. Tələbələr üçün qeydiyyat pulsuzdur.

"Bakı Marafonu 2026"da kişi və qadın iştirakçılar ilk üç yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı, hədiyyə, medal və sertifikatlarla təltif olunacaqlar.

12:10

Azərbaycanın idman tarixində yeni bir səhifə açılır.

İdman.Biz xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2026-cı il mayın 3-də Bakı marafonu çərçivəsində "Küləyə qalib gəl" şüarı altında minlərlə qaçışsevər ilk dəfə olaraq tam marafon məsafəsi – 42 kilometrlik qaçış yarışı keçiriləcək.

Gənclər və idman naziri Fərid Qayıbovun da fəxri iştirakçılar arasında olacağı bu tarixi idman hadisəsi həm peşəkar atletlər, həm də qaçış həvəskarları üçün böyük maraq kəsb edir.

Bu yarış həm dözümlülük, həm də iradənin sınağı olmaqla yanaşı, ölkədə sağlam həyat tərzinin təbliği istiqamətində atılan ən böyük addımlardan biri hesab olunur.

Qeyd edək ki, marafon mayın 3-də, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək. Finiş nöqtəsi Sea Breeze-dir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Oxşar xəbərlər