top
Azərfit: Azərbaycanda idmançı hazırlığına süni intellektlə yeni yanaşma Idman.biz
23 yanvar 2026, 15:20
- ↺ +

"Azərfit": Azərbaycanda idmançı hazırlığına süni intellektlə yeni yanaşma

Gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan İdman Akademiyasında milli idman federasiyalarının nümayəndələri ilə keçirdiyi son görüşdə "Azərfit" layihəsinə xüsusi diqqət yetirilib.

İdman.Biz xəbər verir ki, yerli mediada bu layihə barədə hələlik az yazılsa da, yaxın perspektivdə onun Azərbaycanda idmançıların hazırlıq sisteminə yanaşmanı ciddi şəkildə dəyişəcəyi demək olar ki, şübhə doğurmur.

Layihənin ideyası idmanın inkişafını ölçülə bilən və idarə olunan rəqəmsal əsaslara keçirmək cəhdi kimi dəyərləndirilir. Burada qərarlar yalnız subyektiv hisslərə və ənənəvi hesabatlara deyil, sistemli məlumatlara əsaslanacaq. İctimai gündəmdə "Azərfit" getdikcə daha çox süni intellekt (Aİ) anlayışı, eləcə də görüş zamanı dəvət olunmuş mütəxəssislər - Edvard Kolar, Rado Pişot, Matey Tuşak və Tomaş Levak tərəfindən təqdim olunan fiziki və psixoloji hazırlıq planları ilə yanaşı çəkilir.

Texniki baxımdan "Azərfit" beynəlxalq materiallarda "etibarlı milli Aİ əsaslı idman məlumatları platforması" kimi təsvir olunan daha geniş arxitekturaya söykənir. Azərbaycan Gənclər və İdman Nazirliyi İdman Akademiyası və müvafiq tərəfdaşlarla birlikdə ölkədə qeydiyyatdan keçmiş hər bir idmançının rəqəmsallaşdırılması və kateqoriyalaşdırılması, eləcə də idman infrastrukturunun vahid rəqəmsal xəritəsinin yaradılması ilə başlayacaq bir infrastruktur qurur.

Bu baza "Azerfit" proqramını dəstəkləməli və gələcəkdə qabaqcıl analitika və Aİ alətlərinin qoşulmasına imkan verən təhlükəsiz və uyğun məlumat mühiti formalaşdırmalıdır.

Layihənin mühüm məqamlarından biri platformanın məlumatların mənbəyinin yoxlanıla bilməsini və AI nəticələrinin etibarlılığını təmin etməsidir. Eyni zamanda vurğulanır ki, sistem tam şəkildə nazirliyin mülkiyyətində və idarəetməsində olacaq. Bu platforma konsepsiyası beynəlxalq ixtisaslaşmış forumlardan birində, Lyublyanada təqdim edilib.

Bununla belə, "Azərfit" yalnız böyük məlumat bazasının yaradılması ilə məhdudlaşmır. Layihənin standartlaşdırılmış testlər və aydın hesabatlar vasitəsilə fiziki hazırlığın ölçülməsini nəzərdə tutan tətbiqi tərəfi də var. Bu istiqamətdə əsas rolu "FitBack Europe" oynayır. Azərbaycan İdman Akademiyası daha əvvəl idman məlumatları üçün etibarlı Aİ platformasına həsr olunmuş təlimin keçirildiyini və iştirakçıların "FitBack Europe" platforması əsasında "Azerfit"in yaradılması üzrə hazırlıq keçdiyini bildirib.

"FitBack" mahiyyət etibarilə uşaqlar və yeniyetmələr üçün fiziki hazırlığın rəqəmsal monitorinq alətidir. Sistem daxil edilən test nəticələri əsasında interaktiv hesabatlar yaradır, sağlamlıq kontekstində normativ qiymətləndirmə və analiz təqdim edir. Hesabatlara sağlamlıq risklərinin dəyərləndirilməsi və Avropa məlumatları əsasında müqayisəli interpretasiya daxildir. Metodik materiallarda kütləvi monitorinq üçün istifadə oluna bilən testlər sırasında 20 metrlik şatl qaçışı(bu qaçış növü həm də estafetlərdə, xüsusən maneəli qarışıq estafetlərdə tətbiq edilir – red), yerindən uzunluğa tullanma, əl sıxma gücü, həmçinin boy, çəki və bel dairəsi kimi əsas antropometrik göstəricilər yer alır.

"FitBack"in praktiki mexanizmi olduqca sadədir: test nəticələri onlayn formaya daxil edilir və dərhal fərdi hesabat formalaşdırılır. Zərurət olduqda məktəblər, idman bölmələri və kütləvi idman proqramları üçün qrup hesabatları da yaratmaq mümkündür. Xüsusilə vurğulanır ki, məxfilik prinsipi qorunur: məlumatlar sistemdə saxlanılmır, yalnız hesabatın formalaşdırılması üçün istifadə olunur və daha sonra silinir, şəxsi məlumatlar arxivləşdirilmir.

Məzmun baxımından bu yanaşma "Azərfit" layihəsinə güclü tətbiqi xarakter verir. Milli AI platforması idmançıların və infrastrukturun vahid uçotunu və etibarlı məlumatların toplanmasını təmin edirsə, "FitBack" yanaşması fiziki hazırlığın müntəzəm test edilməsi və aydın geribildirim problemini həll edir.

Ümumilikdə layihə kütləvi fiziki mədəniyyətdən tutmuş peşəkar idmançıların hazırlanmasına qədər bütün sahələr üçün faydalı ola biləcək vahid rəqəmsal sistem qurmaq cəhdi kimi görünür. Bu sistem yüklənmələrin daha dəqiq planlaşdırılması, dinamikanın nəzarətdə saxlanılması və nəticələrin ölkə miqyasında analizi üçün baza yaradacaq.

"Azərfit"in tam tətbiqinə dair rəsmi tarixlər açıq mənbələrdə hələ göstərilməsə də, artıq 2025-ci ildə layihənin ideya mərhələsindən kadr hazırlığına və texnologiyaların sınağına keçdiyi görünür. 2026-cı ildə isə nazir Fərid Qayıbovun federasiya nümayəndələri ilə son görüşü göstərdi ki, Aİ və "Azərfit" mövzusu dövlətin idman gündəminin daimi tərkib hissəsinə çevrilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:09

İngiltərə millisinin baş məşqçisi Tuxel Norveçlə 1/4 final qarşılaşması barədə danışır

Futbol
Bu gün, 08:00

Polşada oyun alveri şübhəsi ilə 10 futbolçu futboldan uzaqlaşdırıldı

Futbol
Bu gün, 07:11

Arteta “Nyukasl” qarşılaşmasından əvvəl komandası üçün yalnız növbəti oyunu düşünmək lazım olduğunu bildirdi

Futbol
Bu gün, 06:13

Bavariyada iki əsas oyunçu zədələndi, Keyn və Olise sahəni tərk etdi

Futbol
Bu gün, 05:12

Müəllim Qattuzo GTA 6 oyununda gec qalmaqla bağlı futbolçuları səhər yoxlayacaq

Formula 1
Bu gün, 04:14

Lewis Hamiltonun illərdir gerçəkləşməyən arzusu ortaya çıxdı: Messi ilə görüşmək istəyir

Şahmat
Bu gün, 03:07

Üç Azərbaycan şahmatçısı Türküstanda qalibiyyətlə başladı

Futbol
Bu gün, 02:01

Espanyol Bilbao'da 1-0 məğlubu ilə Atletik'i məğlub etdi

Futbol
Bu gün, 01:51

“Trua” 3:1 qələbə qazandı, “Havr” yeni məşqçisi ilə məğlub oldu

Futbol
Bu gün, 01:28

Bayern evdə 1-1 dəyən “Köln”lərlə qarşılaşdı, liderliyini qorudu

Cüdo
Bu gün, 01:23

Daşkənddə Azərbaycanın beş cüdoçusu son fərdi medallar uğrunda yarışacaq

Futbol
Bu gün, 01:04

Kompani xəstəxanadan çıxıb, Bayern oyununda ilk dəfə məşqçiyə döndü

Şahmat
Bu gün, 00:49

Məmmədyarov Budapeştdə 16-cı oldu, turnirin qalibi Fransa təmsilçisi Alerza Firuzca oldu

Futbol
Bu gün, 00:35

Zamiq Əliyevin erkən qolu 'Eqnatiya' 0:1 məğlubiyyətinə təsir etmədi

Voleybol
Bu gün, 00:16

“Xilasedici” kapitanı Vüqar Bayramov: Səfərdə azarkeşlərimizi sevindirmək üçün çalışacağıq

Futbol
Dünən, 23:54

Ronaldo 986-cı qolunu əlavə etdi

Futbol
Dünən, 23:48

Antonio Konte: ‘Mənim metodumdan qorxanlar qələbədən qorxur’

Basketbol
Dünən, 23:33

Kevidin Dürantın 'Hugging Face' şirkətindəki sərmayəsi 60 milyon dollara çatdı

Futbol
Dünən, 23:24

Sumqayıtda 6 qol – Sabah 5, Sumqayıt 1 (VİDEO)

Futbol
Dünən, 23:18

Sabah'ın müdafiəçisi Puxaç: "Barselona"nı məğlub etməyi arzulayıram - VİDEO

Futbol
Dünən, 23:04

Dambrauskas: Barcelona ilə qarşılaşmada hekayə yazmağa çalışacağıq

Qarabağ FK
Dünən, 22:55

"Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satıldı: Gəncə stadionunda mövsümün təyinatı qeydə alınacaq

Güləş
Dünən, 22:39

UWW Fərhad Bağırovu grapplinq üzrə Bakıdakı çempionatın əsas favoriti elan etdi

Futbol
Dünən, 22:28

FIF rəhbəri Ayaz Abdullayevin Quba klubu ilə bağlı iddialarını rədd etdi

Oxşar xəbərlər