top
Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizəyə başlayır - FOTO Idman.biz
23 yanvar 2026, 12:27
- ↺ +

Azərbaycanın qarüstü polo komandası Dünya Kubokunda mübarizəyə başlayır - FOTO

Bu gün İsveçrənin Sankt-Moritz şəhərində qarüstü polo üzrə 41-ci Dünya Kubokuna start veriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə dünya miqyasında tanınmış və ən güclü idmançılar mübarizə aparacaq.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu nüfuzlu yarışda ölkəmizi "Land of Fire" komandası təmsil edir.

1985-ci ildən etibarən hər il təşkil olunan bu ənənəvi yarış Enqadin vadisinin qarla örtülmüş möhtəşəm dağları fonunda yüksək səviyyəli oyunlar və eksklüziv sosial tədbirlərlə yadda qalır.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunur.

Dünya Kuboku uğrunda "Land of Fire", "Sankt Moritz", "Flexjet", "Standing Rock", "Investec" və "Mackage" komandaları mübarizə aparacaqlar.

Yanvarın 22-də yarış öncəsi yoldaşlıq oyununda komandamız "Flexjet" komandası ilə qarşılaşıb. Çempionatda komandamız ilk rəsmi görüşünü bu gün Bakı vaxtı ilə saat 15:15-də "Sankt Moritz"ə qarşı keçirəcək. İlk yarış günündən sonra 4 komanda yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Turnirin sonuncu günü – yanvarın 25-də üçüncü yer uğrunda görüş və final oyunu keçiriləcək.

Final qarşılaşmasından sonra turnirin qalibi, ən yaxşı oyunçusu və ən yaxşı polo atı mükafatlandırılacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Dünən, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Dünən, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Oxşar xəbərlər