top
Azərbaycanda idmançı görünüşü dəbi: Pulla qulaq sındırma xidmətləri Idman.biz
21 avqust 2025, 16:14
- ↺ +

Azərbaycanda "idmançı görünüşü" dəbi: Pulla qulaq sındırma xidmətləri

Son günlər Azərbaycanda maraqlı, eyni zamanda narahatedici bir meyl yayılıb.

İdman.biz Lent.az-a istinadən xəbər verir ki, bəzi gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və "qulaq qırma xidməti" təklif olunur.

Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm "nəticəni nümayiş etdirir", həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir.

Bu "xidmət"i göstərənlərlə əlaqə saxlanılıb. Bildiriblər ki, bir qulağın qırılması 70 manata başa gəlir.

Məsələylə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın öz taleyiylə, səhhətiylə bağlı məsələlər onun öz qərarına bağlıdır:

"Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır. Ümumiyyətlə, lisenziyasız hər hansı bir tibbi fəaliyyət qadağan edilməli və bununla bağlı təqiblər olmalıdır. Heç bir travma orqanizmə təsirsiz ötüşmür. Qulaq qırılanda seyvanı zədələnir və bu da özəlliklə yaşlananda insanın eşitməsinə təsir edir".

Psixoloq Elnur Rüstəmov bildirib ki, "idmançı görünüşü" üçün qulaq sındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir: "Gənclər arasında bu cür davranış əslində bir çox səbəblərdən qaynaqlnır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar "mən kiməm?" sualına cavab axtarır. İdmançıya bənzəmək, "qorxmaz və güclü" obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və "döyüşçü" imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır. Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki, sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə "trend" olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ "status simvolu" kimi təqdim olunduqda, insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur".

Psixoloqun sözlərinə görə, başqa bir səbəb özünüifadə və fərqlənmə istəyidir: "Psixoloji olaraq insan sosial mühitdə diqqət çəkmək, unikallığını göstərmək istəyir. Bəziləri üçün bu elm, incəsənət və ya idmanda özünü təsdiq etməklə olur, bəziləri isə daha kəskin yollar seçir. Qulaq sındırmaq ağrılı və riskli olsa da bir qrup gənc üçün "cəsarət" və "fərqlilik" göstəricisi kimi qəbul edilir".

Elnur Rüstəmov bildirib ki, güc və aqressiya da bu səbəblər sırasına daxildir: "Döyüş növləri ilə məşğul olan idmançılarda qulaqların deformasiyası təbii prosesdir. Bu, bir növ "mübarizə keçmiş insan" simvoluna çevrilib. İdmanla heç bir əlaqəsi olmayan gənclər belə həmin simvolu süni şəkildə özündə yaratmaqla "güclü və qorxmaz" obrazı qazanmağa çalışırlar. Ən böyük səbəblərdən biri də psixoloji boşluqlar və özünəinam problemidir. Dolayısı ilə gənclərin daxili psixoloji ehtiyaclarıdır. Özünə inamı zəif, sosial dəstəyi az olan gənclər daha çox belə davranışlara meyl edir. Onlar hesab edirlər ki, xarici görünüşdə sərtlik qazanmaqla daxili boşluqları ört-basdır edə bilərlər".

Psixoloq qeyd edib ki, bu tendensiya, əslində, gənclərin sağlam psixoloji dəstəyə, düzgün rol modellərinə və sosial dəstək mühitinə olan ehtiyacını göstərir:

"Bu gün gənclərin qəbul olunmaq, diqqət çəkmək, güclü görünmək, sosial mediada özünü təsdiqləmək ehtiyacı yüksəkdir. Burada əsas həll yolu cəmiyyət olaraq sağlam dəyərləri təşviq etmək, gənclərə özünüifadə üçün daha yaradıcı və sağlam imkanlar təqdim etməkdir. Əks halda bu cür təhlükəli tendensiyalar yayılmağa davam edəcək" – deyə, o bildirib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Oxşar xəbərlər