top
Azərbaycanda 2026-cı ilin İdman Səfirləri və 2027-ci ilin İdman Paytaxtı seçildi Idman.biz
17 mart 2026, 16:14
- ↺ +

Azərbaycanda 2026-cı ilin "İdman Səfirləri" və 2027-ci ilin "İdman Paytaxtı" seçildi

Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçirilən iclasda gündəliyə əsasən bir sıra məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

İclasda Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərində cüdo idman növü üzrə təlim-məşq prosesini tənzimləyən normativlərin təsdiqi ilə bağlı qərar qəbul edilib. Bundan əlavə, idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Nazirliyin Kollegiya qərarı ilə Asxab Kalayevə və Rauf Nəbiyevə (hər ikisi ağırlıqqaldırma), İslam Nəcəfquliyevə (cüdo) "Ölkə dərəcəli hakim" dərəcəsi verilib. Qaşim Maqomedov (taekvondo), İmaməddin Xəlilov və Sabir Zeynalova (hər ikisi parataekvondo) "Azərbaycan Respublikasının Əməkdar idman ustası" fəxri adı verilib.

Respublika federasiyaları tərəfindən Təhlükəsiz Mühitin Təminatı və Şəxsiyyətin Qorunması üzrə Qaydaların hazırlanmasına dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülən tələblər müzakirə edilib. Eyni zamanda, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament yeni redaktədə təsdiq edilib.

Tədbirdə 2026-cı il üçün "İdman səfirləri" və 2027-ci il üçün "İdman Paytaxtı" seçimi ilə əlaqədar namizədlərin təqdimatları dinlənilib, səsvermə keçirilib. Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün "İdman səfiri" seçiliblər. Yevlax şəhəri isə 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:48

Bernardo Silva “Real Madrid”də ilk qolu ilə rekord qırdı

Digər
Bu gün, 01:29

Keyn Çempionlar Liqasında Ronaldunun rekorduna yaxınlaşdı

Digər
Bu gün, 01:12

Fabreqas: “Bəzi futbolçularımız üçün bu, Çempionlar Liqasında cəmi üçüncü matç idi”

Digər
Bu gün, 01:10

ÇL: “Real”dan qələbə, MY darmadağın oldu

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Digər
Bu gün, 00:31

Noyer Messi ilə eyni pilləyə yüksəldi - Çempionlar Liqasında tarixi göstərici

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Digər
Dünən, 22:09

“Barselona” “PSJ”dən UEFA-ya şikayət etdi: mişarlı və “qətliam” yazılı pankart qalmaqal yaratdı

Digər
Dünən, 22:01

Plyuşenko Azərbaycana köçməklə bağlı qərarını açıqladı

Digər
Dünən, 21:56

"Fənərbaxça"da ciddi itkilər

Futbol
Dünən, 21:54

Betisin yarımmüdafiəçisi Fakundo Bernal iki dəfə başla zərbə vurduğu üçün dörd oyunluq diskvalifikasiya edildi

Digər
Dünən, 21:46

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

Digər
Dünən, 21:43

Beynəlxalq federasiya altı Azərbaycan güləşçisini dünya çempionatının medal iddiaçıları arasında göstərdi

Digər
Dünən, 21:34

İngiltərə “Mançester Yunayted” və “Liverpul”un istedadlarını Bakıya gətirir

Digər
Dünən, 21:24

Azərbaycanlı alpinist: “İllərdir yerimizdə sayırıq” - faciələr, xilasetmə əməliyyatları və dağ idmanının problemləri

Voleybol
Dünən, 21:17

Xorvatiyada “Turan”ın qalibiyyəti şərh edildi: “Evdə daha yaxşı oynayacağıq”

Oxşar xəbərlər