top
Azərbaycan Xizəkçi Jurnalistlər Klubu Beynəlxalq Xizəkçi Jurnalistlər Klubuna üzv seçilib Idman.biz
13 mart 2026, 12:37
- ↺ +

Azərbaycan Xizəkçi Jurnalistlər Klubu Beynəlxalq Xizəkçi Jurnalistlər Klubuna üzv seçilib

Beynəlxalq Xizəkçi Jurnalistlər Klubunun (The Ski Club of International Journalists SCIJ) İspaniyanın "Valle de Boi Taull" Dağ Kurortunda təşkil edilən Baş Assambleyasında Azərbaycan Xizəkçi Jurnalistlər Klubu beynəlxalq birliyin 33-cü tamhüquqlu üzvü seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Azərbaycan Xizəkçi Jurnalistlər Klubu tədbirdə iştirak edən 23 ölkənin 100-ə yaxın media nümayəndəsinin yekdil dəstəyini qazanıb və dünya üzrə xizək sürməyə marağı olan jurnalistləri bir araya gətirən geniş beynəlxalq platformanın bir hissəsinə çevrilib.

2024-cü ildə Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin dəstəyi ilə yaradılan Azərbaycan Xizəkçi Jurnalistlər Klubunun hazırda yerli televiziya kanalları və informasiya saytlarının əməkdaşı olan 7 nəfər üzvü var.

Klubun yaradılmasının əsas məqsədi xizək sürməyi bacaran yerli media nümayəndələrini öz ətrafında bir araya toplamaq, onların peşəkar səviyyədə xizəkçi kimi formalaşmasına dəstək göstərmək, həmçinin Beynəlxalq Xizəkçi Jurnalistlər Klubunun hər il müxtəlif ölkələrdə media nümayəndələri arasında təşkil etdiyi toplantılarında iştirak etmək, klub çərçivəsində xizək yarışlarına qatılmaq, o cümlədən Azərbaycanı bu platformada təmsil etmək, xarici media nümayəndələri arasında tanıdılmasını və müsbət imicinin formalaşdırılmasını təmin etməkdir.

Klubun qarşıdakı dövrdə daha çox jurnalisti öz sıralarına cəlb etməsi və ölkədə xizək jurnalistikası istiqamətinin inkişafına töhfə verməsi nəzərdə tutulur.

Qeyd edək ki, 1955-ci ildə yaradılan Beynəlxalq Jurnalistlərin Xizək Klubunun hazırda Azərbaycanla birlikdə 33 ölkədən turizm, iqtisadiyyat, idman, sosial məsələlər, siyasət və bir sıra digər mövzulardan yazan 1000-ə yaxın üzvü mövcuddur. Beynəlxalq Klub tərəfindən bu günədək dünyanın 74 xizək kurortuna səfərlər təşkil edilib, 23 ölkədə müxtəlif toplantılar keçirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər