top
Azərbaycan sözünü örtən erməni xizəkçiyə FIS-dən cəza: Eksklüziv təfərrüatlar və açıqlamalar Idman.biz
14 yanvar 2026, 11:36
- ↺ +

Azərbaycan sözünü örtən erməni xizəkçiyə FIS-dən cəza: Eksklüziv təfərrüatlar və açıqlamalar

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) bəyan edib ki, start nömrəsinin tam oxunaqlılığı hər bir idmançının birbaşa vəzifəsidir və reqlamentin bütün pozuntuları, o cümlədən erməni idmançı Mikaelyan tərəfindən yol verilən hallar mövcud qaydalar çərçivəsində ciddi şəkildə nəzərdən keçirilir.

Bu barədə FIS-in kommunikasiya departamentində İdman.Biz-ə eksklüziv olaraq məlumat verilib.

Açıqlama erməni xizəkçi Mikael Mikaelyanla bağlı yaranmış vəziyyətə şərh olaraq təqdim edilib.

Xatırladaq ki, insident 31 dekabr 2025-ci ildə İtaliyada keçirilən xizək qaçışı üzrə Dünya Kubokunun mərhələsində baş verib. Mikaelyan start zonasına daxil olarkən yarış formasının üzərindəki "Azərbaycan" sözünü skotçla örtüb. Mərhələnin təşkilatçıları bunu qayda pozuntusu kimi qiymətləndiriblər, çünki start nömrəsinin rəsmi nişanlanmasına dəyişiklik edilib. Nəticədə idmançı cərimələnib, lakin ona yarışda iştirakını davam etdirməyə icazə verilib, diskvalifikasiya tətbiq olunmayıb.

Qeyd edək ki, 2025-ci ilin may ayında FIS Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə sponsorluq müqaviləsi imzalayıb. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan FIS-in rəsmi sponsorlarından birinə çevrilib və ölkənin adı federasiyanın himayəsi altında keçirilən yarışlarda, o cümlədən Dünya Kuboku mərhələlərində və dünya çempionatlarında idmançıların start nömrələrində məcburi sponsor nişanlanmasına daxil edilib.

Bundan sonra Ermənistan Xizək İdmanı Federasiyasının prezidenti Qaqik Sarqsyan sosial şəbəkələrdə canlı yayım zamanı federasiyanın öz atletinin hərəkətlərini alqışladığını, həmçinin idmançı üçün nəzərdə tutulan cəriməni tam ödəyəcəyini bəyan edib. Mikael Mikaelyan isə öz növbəsində ölkəmizin adını yarış formasında bundan sonra da ört-basdır etmək niyyətində olduğunu bildirib.

Bu açıqlamalardan sonra İdman.Biz rəsmi mövqe almaq üçün Beynəlxalq Xizək və Snoubord Federasiyasına(FIS-ə) müraciət edib.

Beynəlxalq federasiya cavabında reqlamentlə bağlı ətraflı izahat verib.

"Start nömrəsinin tam görüntüsünün təmin edilməsi hər bir iştirakçının öhdəliyidir. Start nömrələri həm ön, həm də arxa tərəfdən tam oxunaqlı olmalıdır", – FIS-in kommunikasiya departamentində bildirilib.

FIS həmçinin İtaliyada keçirilən Dünya Kuboku mərhələsindəki davranışına görə erməni xizəkçinin ödəməli olduğu cərimənin məbləğini də açıqlayıb.

"31 dekabr 2025-ci ildə cənab Mikael Mikaelyan yarış reqlamentinin pozulmasına görə 100 İsveçrə frankı(212 manat) məbləğində cərimələnib".

FIS-də intizam tədbirlərinə ümumi yanaşma da ayrıca vurğulanıb. Təşkilatda bildirilib ki, ədalət prinsiplərinə əməl olunmasına və reqlamentin vahid şəkildə tətbiqinə görə məsuliyyət daşıyırlar.

"Beynəlxalq yarış qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar hər bir konkret halın ciddilik dərəcəsindən asılı olaraq fərqlənə bilər. Tədbirlər rəsmi xəbərdarlıqdan maliyyə cərimələrinə, ciddi hallarda isə diskvalifikasiyaya qədər dəyişə bilər", - FIS-də qeyd edilib.

Bundan sonra redaksiyamız idmançının oxşar davranışı davam etdirəcəyi təqdirdə FIS-in hansı addımlar atmağı planlaşdırdığı ilə bağlı dəqiqləşdirici sual ünvanlayıb. Erməni tərəfinin ictimai açıqlamalarını və cərimənin simvolik məbləğini nəzərə alsaq, belə bir ehtimalı istisna etmək olmaz.

FIS ikinci cavabında konkret sanksiyalar barədə əvvəlcədən danışmaqdan imtina edərək, hər bir halın fərdi qaydada nəzərdən keçirildiyini vurğulayıb.

"FIS tərəfindən mümkün ssenarilər barədə əvvəlcədən mülahizə yürütmək məsuliyyətsiz olardı. Biz hər bir ayrıca halın ciddilik dərəcəsini və konkret şəraitini nəzərə alaraq, qaydalara ciddi, vicdanlı və ardıcıl şəkildə əməl etməklə hərəkət edəcəyik", - federasiyada bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Oxşar xəbərlər