top
Azərbaycan Həndbol Federasiyası cənub bölgəsində həndbolu inkişaf etdirmək məqsədi daşıyır Idman.biz
05 dekabr 2025, 18:03
- ↺ +

Azərbaycan Həndbol Federasiyası cənub bölgəsində həndbolu inkişaf etdirmək məqsədi daşıyır

Azərbaycan Həndbol Federasiyasının (AHF) məqsədi cənub bölgəsində komandalar formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir.

Bunu AHF-nin cənub bölgəsi üzrə yeni təyin edilmiş koordinatoru Vidadi Əliyev deyib.

O, Lənkəranda və digər bölgələrdə müəllimlərlə söhbət aparıldığını söyləyib.

"Cənub zonasında, xüsusən də Lənkəranda uşaqların həndboldan ümumiyyətlə anlayışı yoxdur. Düzdür, burada əvvəllər komandalar olub. Amma SSRİ dönəmində fəaliyyət göstəriblər. Bu səbəbdən məktəblərdə hənbola maraq olurdu. 90-cı illərdən sonra isə cənub zonasında Cəlilabadı çıxmaq şərtilə ümumiyyətlə həndbol olmayıb. Məqsədimiz 2012-2013 təvəllüdlülərdən başlayaraq uşaqları həndbola cəlb etmək və komanda formalaşdırıb beynəlxalq yarışlara göndərməkdir. Lənkərana yeni gəlmişəm. Gənclər və İdman Nazirliyi cənub regionundakı demək olar bütün Olimpiya Komplekslərini sərəncamımıza verib. Sovet dönəmində bədən tərbiyəsi akademiyalarında həndbol dərsləri keçilirdi. Mən də həndboldan anlayışı olan müəllimləri, keçmiş idmançıları toplayıb söhbət etmişəm. Gələcək planlar, görmək istədiyimiz işlərlə bağlı fikir mübadiləsi aparmışıq. Bəzi rayonlarda məktəblərə şəxsən getmişəm. Sağ olsunlar, regional idman idarələrinin əməkdaşları da mənə dəstək göstərdilər. Astarada, Lənkəranda və digər bölgələrdə planların yerinə yetirilməsi üçün proseslərə artıq start verilib", - deyə o, "Report"a açıqlamasında deyib.

Mütəxəssis qarşıdakı planlardan da danışıb:

"Rayonlardakı zallara da baxırıq. Müəllimlərə tapşırıqlar verirəm. Zalları inventarlarla təmin edirik. Şəxsən mənim təşəbbüsümlə topdan tutmuş, bütün lazımi ləvazimatlar gətirilib. Lənkəranda yaşayıram və bütün regionlara gedirəm. Olimpiya Komplekslərinin rəhbərlikləri də etiraz etmirlər. Dəstək verənlərin sayı artır. Prezidentin regionlarda idmanın inkişafına dair tapşırığı var. Təbii ki, Azərbaycan Həndbol Federasiyası da dəstəyini əsirgəmir. Bir müddət sonra Lənkəranda da komanda formalaşdırılacaq. Məktəblərarası yarışlar keçirməyi də planlaşdırırq. Müəllimlərə də federasiya tərəfindən dəstək göstəriləcək. Həmçinin həndbol qrupları formalaşdırmaq, Lənkəran birinciliyi keçirmək istəyirik. Hər rayon öz komandası ilə yarışda təmsil olunacaq. Özüm bədən tərbiyəsi və idman xadimiyəm. Uzun müddət həndbolla məşğul olmuşam. Məqsədimiz cənub regionunda həndbolu inkişaf etdirmək, Azərbaycan yığması üçün həndbolçu yetişdirməkdir".

O, müəllimlər üçün seminarlar təşkil ediləcəyini də vurğulayıb:

"Şəxsən özüm də rayonlara gedib bu istiqamətdə işlər aparacağam. Həqiqətən işləmək istəyən müəllimlər var. Təkcə Lənkəranda 10-dan çox məktəbdə görüşlər keçirmişəm. Müəllimlərə qayda jurnalı verəcəyik. Çalışacağıq ki, planlarımız özünü doğrultsun. Olimpiya Komplekslərinin rəhbərliklərinə, bizə dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, V.Əliyev bir neçə gün öncə AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Oxşar xəbərlər