top
ASA rektoru: İdman jurnalistikası proqramında gözləntilərimiz doğrultmadı Idman.biz
14 mart 2026, 16:05
- ↺ +

ASA rektoru: "İdman jurnalistikası proqramında gözləntilərimiz doğrultmadı"

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev ingilisdilli "İdman jurnalistikası" magistr proqramının gözləntiləri tam doğrultmadığını bildirib.

Fuad Hacıyev İdman.Biz-ə açıqlamasında qeyd edib ki, problemlər artıq qəbul mərhələsindən başlayır:

"Biz abituriyentlərdən ingilis dili üzrə IELTS imtahanından ən azı 6,5 bal tələb edirik. Ölkədə isə bu göstəriciyə malik 10 nəfəri belə cəlb etmək çətin olur. Bəzən cəlb edə bilirik, lakin istədiyimiz nəticəni görmürük".

Rektorun sözlərinə görə, akademiya idman jurnalistikası sahəsində təhsilin inkişafı üçün bir sıra mühüm addımlar atıb. Bu proqram çərçivəsində ölkəyə Dan Mason dəvət olunub, Böyük Britaniyanın Sheffield Hallam University universitetinin standartları tətbiq edilib. Həmçinin BBC studiyasının meneceri və digər britaniyalı mütəxəssislər tədris prosesinə cəlb olunub. Bundan başqa, akademiyada radio və televiziya avadanlıqları ilə təchiz olunmuş multimedia mərkəzi yaradılıb.

"Biz tələbələrimizi təcrübə keçmək üçün BBC-nin mərkəzi ofisinə göndərmişdik. Onlar Chelsea F.C. və Arsenal F.C. stadionlarında, eləcə də iri idman obyektlərində olublar. Məqsədimiz o idi ki, 3–5 ildən sonra məzunlarımız BBC və ya CNN kimi qurumlarda idman jurnalisti kimi fəaliyyət göstərsinlər. Lakin gözlədiyimiz nəticəni əldə edə bilmədik. Bununla belə, müəyyən uğurlar da var - məzunlarımızdan bəziləri Şərq ölkələrində çalışır", - deyə rektor əlavə edib.

Fuad Hacıyev hesab edir ki, bu məsələ daha geniş bir sualı gündəmə gətirir:

"Məsələn, səhiyyə sahəsində yaxşı jurnalist hansı ixtisas üzrə təhsil almalıdır? O, tibb universitetini bitirməlidir, yoxsa jurnalistika fakültəsini? Eyni sual idman jurnalistikasına da aiddir: yaxşı idman jurnalisti keçmiş idmançıdan formalaşır, yoxsa jurnalistika təhsili almış birindən? Əvvəlcə bu suala cavab tapmalıyıq, ondan sonra sistem düzgün işləyəcək".

Bununla yanaşı, rektor qeyd edib ki, akademiyada digər istiqamətlərdə - xüsusilə idman təbabəti və idman menecmenti sahələrində problemlər müşahidə olunmur.

Hacıyev beynəlxalq layihələrdən biri kimi "Fizioterapiya" bakalavr proqramını da nümunə göstərib. Proqramın kuratoru Avstriyanın Complex Core+ təşkilatının icraçı direktoru Roman Yagodadır. Onun sözlərinə görə, bu proqram üzrə dərs deyən müəllimlər arasında Avropadan dəvət olunmuş mütəxəssislər və professorlar var.

"Bu, çox uğurlu layihədir. Cari tədris ilində proqram üzrə 40 tələbəmiz var və onların hamısı qəbul zamanı 450-dən yüksək bal toplayıblar. Fizioterapiya ixtisasını seçən tələbələr artıq təhsil dövründə işləməyə başlayırlar. Çünki əmək bazarında bu sahəyə böyük tələbat var. Onlar akademiyanın elmi-tədqiqat laboratoriyasında, Milli Elmi-Praktiki İdman Təbabəti və Reabilitasiya İnstitutunda və digər qurumlarda fəaliyyət göstərirlər", - deyə rektor bildirib.

Sonda Fuad Hacıyev əlavə edib ki, akademiya hazırda təxminən 50 universitetlə əməkdaşlıq edir. Hazırda isə Charles University və Azərbaycan Tibb Universiteti ilə birlikdə fizioterapiya ixtisası üzrə üçqat diplom proqramının həyata keçirilməsi istiqamətində iş aparılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Oxşar xəbərlər