top
Anton Melnikov: Azərbaycan suya tullanma perspektivləri və Bakıda həyatı haqqında Idman.biz
23 mart 2026, 13:30
- ↺ +

Anton Melnikov: Azərbaycan suya tullanma perspektivləri və Bakıda həyatı haqqında

Suya tullanma ən baxımlı idman növlərindən biridir və son dövrlərdə Azərbaycan Üzgüçülük Federasiyası bu sahənin inkişafına xüsusi diqqət ayırır.

İdman.Biz ölkənin yeniyetmələrdən ibarət yığmasının baş məşqçisi Anton Melnikovla müsahibəni təqdim edir. O, bu idman növünün perspektivləri və Bakıda həyatı barədə danışıb.

- Azərbaycanda nə vaxtdan çalışırsınız? Uğurludurmu?

- 2023-cü ilin oktyabrından. Məni və həyat yoldaşım Angelinanı bu idman növünü inkişaf etdirmək üçün federasiyanın əvvəlki rəhbərliyi dəvət edib. Məşqçilər korpusumuzun səlahiyyətləri genişlənirsə, deməli, yeni rəhbərlik də nəticələrdən razıdır.

- Daha çox nəyə üstünlük verirsiniz: tramplin, yoxsa qüllə?

- Biz bu istiqamətləri ayırmırıq. 15-16 yaşa qədər uşaqlar hər iki alətdə eyni dərəcədə yaxşı çıxış etməlidirlər. Dar ixtisaslaşma daha sonra müəyyənləşir. Məsələn, Olimpiya çempionu İlya Zaxarov sonradan seçim etməzdən əvvəl uzun müddət həm qüllədə, həm də tramplində uğurla çıxış edib.

- Uşağın istedadlı olduğunu nə qədər müddətdən sonra anlamaq olar?

- Minimum bir-iki ildən sonra. Maraqlıdır ki, qızlarda bu qabiliyyətlər daha tez üzə çıxır – onlar həm daha cəsarətli olur, həm də oğlanlardan daha sürətli inkişaf edirlər.

- Bədən parametrləri hələ də həlledici rol oynayır?

- Əvvəlki kimi deyil. Balacaboy qızların dövrü artıq keçib. Bu gün 175 sm boyla da düzgün texnika qurulduğu halda böyük uğurlar qazanmaq mümkündür. Biz də məhz bunun üzərində işləyirik.

- Məşqçilər heyətiniz necə formalaşıb?

- Federasiya bizə akrobatika və xoreoqrafiya üzrə mütəxəssislər ayırıb. Beləliklə, tam formalaşmış gənclər komandası yaranıb. Böyüklər yığması isə hələ yoxdur – ölkədə suya tullanma uzun illər olmayıb, buna görə biz gələcək üçün çalışırıq.

- Artıq beynəlxalq arenaya çıxarmaq mümkün olan idmançılar varmı?

- Bəli, var. 2014-cü il təvəllüdlü universal idmançı Maksud və tramplin üzrə ixtisaslaşan Ayla var. Onlar artıq xarici turnirlərdə layiqli nəticələr göstəriblər.

- Uşaqları necə seçirsiniz? Onları üzgüçülükdən cəlb edirsiniz?

- Biz məşqçilər arasında belə şey qəbul olunmur. Başqa idman növlərindən uşaqları cəlb etmirik. Yalnız valideynlər özləri suya tullanmağa keçmək istədikdə bu mümkündür. Bizdə yalnız bu yolu şüurlu şəkildə seçənlər məşğul olur.

- Bakı həyatına tez uyğunlaşdınız?

Tamamilə. Hətta burada qızımız da dünyaya gəlib – Adelina, əsl bakılıdır. Ən çətin öyrəşdiyim məsələ istilər oldu. Xatırlayıram ki, biz gələndə, hətta oktyabrda belə şort və futbolkada gəzirdim. Bir də yerli sürücülük tərzinə alışmaq çətin idi. Hələ də şəhər daxilində sükan arxasına keçməməyə çalışıram.

- Bəs mətbəx və dil necə?

Buradan uzaqlaşmaq heç istəmirəm (gülür). Təzə göyərtilərin müxtəlifliyi və əlçatanlığı çox xoşuma gəlir – Moskvada belə şey görməzsən. "Motal" pendirini, lülə-kababı, yerli ev çörəyini çox sevirəm – onu isti-isti heç nə olmadan da yemək olar və çox dadlıdır! Dili hələ öyrənməmişəm, amma rusca artıq bakılılar kimi danışıram – sözləri uzadıram və axırına "da" əlavə edirəm. Hətta həyat yoldaşım da təəccüblənir ki, bu danışıq tərzini haradan götürmüşəm?! (gülür).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:28

Baş məşqçinin qeyri-adi üsulu üzə çıxdı: Basketbolçularını atəş və partlayış səsləri ilə hazırlayıb

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Digər
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Heç kimi vurmamışam, məsələ şişirdilib”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:43

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Oxşar xəbərlər