top
Ahmet Temurci: Azərbaycanda idman mədəniyyəti sürətlə inkişaf edir Report.az
Bu gün, 17:17
- ↺ +

Ahmet Temurci: Azərbaycanda idman mədəniyyəti sürətlə inkişaf edir

Azərbaycanda çox ciddi idman mədəniyyəti formalaşır.

Bunu «Report»a açıqlamasında Türkiyə Gənclər və İdman Nazirliyinin Beynəlxalq Təşkilatlar və Xarici Əlaqələr Baş İdarəsinin rəisi Ahmet Temurci deyib.

O, Bakıda keçirilən «ExpoSport Azerbaijan 2026» sərgisindən məmnun qaldığını bildirib:

«Burada çox gözəl mühit var. Azərbaycandakı bütün idman ictimaiyyəti, bir çox federasiya buradadır. Yerli qurumlardakı dostlarımızla görüşmək imkanı tapdıq və onları Türkiyəyə dəvət etdik. Hazırda bu, B2C formatlı sərgidir, amma gələn il daha beynəlxalq miqyas alacaq. Məni ən çox təsirləndirən amil xüsusilə gənclərin, məktəblilərin və tələbələrin buraya böyük maraq göstərməsi oldu. Azərbaycanda çox ciddi idman mədəniyyətinin formalaşdığını görürük. Vətəndaşların bu sərgiyə sahib çıxması, müxtəlif idman növləri barədə məlumat alması çox gözəldir».

Türkiyə rəsmisi iki ölkənin idman qurumları arasında sıx əməkdaşlıq mövcud olduğunu vurğulayıb:

«Buradakı bir çox federasiya Türkiyədəki həmkarları ilə müştərək işlər görür, hər iki ölkədə birgə təlim-məşq toplanışları keçirilir. Sualtı idmandan taekvondoya, cüdodan velosiped idmanına qədər müxtəlif sahələrdə birgə layihələr hazırlanır. Hazırda sərgidə Türkiyədən yalnız «Göztəpə» futbol klubu təmsil olunur, onlar da voleybol kursları açırlar. Azərbaycan və Türkiyə dost, qardaş ölkələrdir. Hər sahədəki əlaqələrimizi idmanla da daha yüksək səviyyəyə çıxaracağıq. Beynəlxalq arenada daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. İdman sahəsində çox gözəl inteqrasiya var».

A.Temurci 2027-ci ildə İstanbulda təşkil olunacaq Avropa Oyunlarına və idman turizminə də toxunub:

«Gələn il İstanbulda Avropa Oyunları keçiriləcək. Bildiyiniz kimi, bu yarışın ilki Bakıda baş tutmuşdu. Oraya azərbaycanlı qardaşlarımızı, idmançılarımızı da gözləyirik. Bundan əlavə, Azərbaycanla idman turizmi sahəsində gördüyümüz işlər var. Bu istiqamət son dövrlərin yüksələn trendidir. Hər iki ölkənin təcrübələrindən istifadə edərək idman turizmini daha da böyütməyə çalışırıq».

Qeyd edək ki, noyabrın 28-nə qədər davam edəcək sərgidə ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı qazanacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 17:45

Həyat yoldaşının açıqlamasından sonra BBBofC Fyurini döyüşdən əvvəl tibbi müayinəyə göndərdi

Futbol
Bu gün, 17:40

PSJ "Real"ın Betis idmançısı Abde Ezzalzouliyə maraqlanır

Futbol
Bu gün, 17:36

UEFA «Beşiktaş» – «Hapoel» matçında iğtişaşları araşdırmaq üçün müfəttişlər təyin edib

Futbol
Bu gün, 17:34

Zaur Həşimov "İmişli" üzərindəki qələbəyə hava və su kimi ehtiyacımız vardı

Futbol
Bu gün, 17:33

"İmişli" "Şəfa"ya Yevlaxda 1:3 hesabı ilə uduzdu

Futbol
Bu gün, 17:31

"Araz-Naxçıvan-2"lə "Zirə-2" arasında altı qolluq heç-heçə

Futbol
Bu gün, 17:25

«İmişli»nin baş məşqçisi «Şəfa»ya məğlubiyyətdən sonra komandasını tənqid etdi

Futbol
Bu gün, 17:23

Fransa Liqa 1: "Paris" PSJ-ni cəmi üç xalla təqib edir - XII tur əvvəlki icmal

Futbol
Bu gün, 17:21

Şəfa 10 oyunluq qələbəsizlik seriyasını bitirdi – 3:1 qalib gəldi

Futbol
Bu gün, 17:20

Saël Kumbedi Fransa milliyində debüt etdi, İngiltərə klublarının transfer siyahısına düşdü

Futbol
Bu gün, 17:14

Ervins Perkons: Rəqib yaxşı oynadı, biz isə yalnız stadionda idik

Futbol
Bu gün, 17:03

«İmişli»yə qarşı 3:1 qalib gələn «Şəfa»nın məşqçisinin açıqlamaları

Futbol
Bu gün, 17:02

"Uşaqların xarakteri qələbədə böyük rol oynadı"

Futbol
Bu gün, 17:00

Aleks de Souza Braziliyanın Seara klubunun baş məşqçisi təyin edildi

Futbol
Bu gün, 17:00

Premyer Liqada qalibiyyətlər üçün mükafat fondu artırıldı

Futbol
Bu gün, 17:00

Neftçi‑nin Zirə‑yə qarşı uzun müddət ərzindəki qalibiyyəti – son qələbədən 1 il 9 ay keçib

Futbol
Bu gün, 16:55

"Qələbəyə hava‑su kimi ehtiyacımız var idi" – Zaur Həşimovun matçdan sonra açıqlamaları

Formula 1
Bu gün, 16:53

Audi Qətərdə rəqiblərindən fərqli texniki yeniliklərlə çıxış etdi

Digər
Bu gün, 16:45

"İdmanımız sürətlə inkişaf edir – Fərid Qayıbovun sözləri"

Boks
Bu gün, 16:43

Azərbaycanın boks millisi Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində iştirak edəcək

Qarabağ FK
Bu gün, 16:40

Çempionatda liderliyini qoruyan "Neftçi" 3:1 ilə "Araz‑Naxçıvan"ı məğlub etdi

Futbol
Bu gün, 16:40

Avropa klubları 21 yaşlı Fransız qapıçını ələ almağa gələdi

Qarabağ FK
Bu gün, 16:38

Yuri Syomin: Sabah Azərbaycan futbolunu ən yüksək səviyyədə təmsil edir

Oxşar xəbərlər