İspaniyalı məşhur motosikletçi Mark Markes 2026-cı il mövsümü başa çatdıqdan sonra «MotoGP» çempionatı ilə vidalaşacaq.
Oxu.Az çempionatın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı pilot bu qərarını mövsümün sonuncu yarışı olan Valensiya Qran-prisinin birinci məşqindən az əvvəl ictimaiyyətə açıqlayıb.
Daha sonra onun şərəfini qoruduğu "Ducati" komandası da məlumatı rəsmən təsdiq edib.

Ötən həftə Markes kral sinfində səkkizinci, ümumilikdə bütün siniflərdə isə 10-cu dəfə dünya çempionu adını əldə edib. Bu uğur Portuqaliya Qran-prisi çərçivəsində qeydə alınıb. Markes "MotoGP"də titulların sayında əfsanəvi Cakomo Aqostiniyə çataraq zirvəni onunla bölüşüb.
Son illərdə keçirdiyi ağır qəzalar nəticəsində aldığı zədələr və səhhətindəki çətinliklərə görə ispaniyalı idmançının cari mövsüm bitdikdə karyerasını yekunlaşdıracağı ehtimal olunurdu.