top
Həyat yoldaşının açıqlamasından sonra BBBofC Fyurini döyüşdən əvvəl tibbi müayinəyə göndərdi Idman.biz
Bu gün, 17:45
- ↺ +

Həyat yoldaşının açıqlamasından sonra BBBofC Fyurini döyüşdən əvvəl tibbi müayinəyə göndərdi

Ağır çəkidə WBC, WBO, IBO, WBA Super, "The Ring" və IBF versiyaları üzrə sabiq dünya çempionu, məşhur britaniyalı boksçu Tayson Fyuri Entoni Coşua ilə döyüşdən əvvəl xüsusi tibbi müayinədən keçəcək.

İdman.Biz xəbər verir ki, Böyük Britaniyanın Boks Nəzarət Şurası (BBBofC) Fyurinin həyat yoldaşı Peris Fyurinin "Netflix"in sənədli filmində ərinin 2015-ci ildə Vladimir Kliçko üzərində qələbəsindən sonra şizofreniya xəstəliyindən əziyyət çəkməsi barədə açıqlamasına görə belə qərar qəbul edib.

Qurumun baş katibi Robert Smit bildirib ki, boksçunun nüfuzundan asılı olmayaraq, onun döyüşə buraxılması həkimlərin rəyindən asılı olacaq.

Smit tibbi müayinənin təfərrüatlarını açıqlamasa da, yekun qərarın yaxın günlərdə veriləcəyini qeyd edib.

2026-cı il üçün qüvvədə olan reqlamentin 8.1(b) bəndinə əsasən, şizofreniya boksçunun ilk lisenziyasını almasına mane ola biləcək xəstəliklər sırasındadır. Artıq lisenziyaya malik idmançılarla bağlı isə şura müvafiq qərar qəbul etmək səlahiyyətinə malikdir.

Peris Fyuri isə sonradan sənədli filmdə səsləndirdiyi fikirlərə aydınlıq gətirib və sözünü geri götürüb:

"Tayson Fyuri haqqında sənədli filmin orijinal versiyasında səsləndirdiyim bir fikrə aydınlıq gətirmək istəyirəm. Mən illər əvvəl Taysonun vəziyyətini müzakirə etdiyimiz söhbəti xatırlayırdım və "şizofrenik" sözündən istifadə etdim. Taysonda həqiqətən də şizofreniya ilə əlaqəli bəzi simptomlar müşahidə olunsa da, o, bu xəstəlikdən əziyyət çəkmir və ona heç vaxt belə diaqnoz qoyulmayıb.

Psixi sağlamlıq mürəkkəb mövzudur və xüsusilə sevdiyin insanın yanında bütün bunları yaşadıqda düzgün sözləri seçmək heç də həmişə asan olmur. Taysonun bu sənədli filmdə özünü həqiqətən açıq şəkildə ifadə etməsi ilə çox fəxr edirəm".

"Netflix" platformasının rəhbərliyi də sənədli filmə dəyişiklik etmək qərarını verib:

"Taysonun psixi sağlamlığı ilə bağlı rəsmi diaqnozu haqqında ailəsinin təqdim etdiyi yeni məlumatdan sonra onlarla əməkdaşlıq edərək sənədli filmə premyeradan əvvəl müvafiq dəyişikliklər etdik".

Xatırladaq ki, Tayson Fyuri ilə Entoni Coşua arasında döyüşün 12 dekabrda keçirilməsi nəzərdə tutulur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:55

Neftçi və Zirə 13-cü turda qarşı-qarşıya: start heyətləri açıqlandı

Futbol
Bu gün, 17:51

"Arsenal" xal fərqini artırmaq şansı var, "Mançester Yunayted" isə elitada qalma uğrunda mübarizə aparmalıdır — Premyer Liqa 12-ci tur icmal

Futbol
Bu gün, 17:50

"Neftçi – Zirə qarşılaşmasının heyətləri açıqlanıb"

Futbol
Bu gün, 17:43

Hakim qapıçıya yumruq vurdu – VİDEO

Futbol
Bu gün, 17:40

PSJ "Real"ın Betis idmançısı Abde Ezzalzouliyə maraqlanır

Futbol
Bu gün, 17:36

UEFA «Beşiktaş» – «Hapoel» matçında iğtişaşları araşdırmaq üçün müfəttişlər təyin edib

Futbol
Bu gün, 17:34

Zaur Həşimov "İmişli" üzərindəki qələbəyə hava və su kimi ehtiyacımız vardı

Futbol
Bu gün, 17:33

"İmişli" "Şəfa"ya Yevlaxda 1:3 hesabı ilə uduzdu

Futbol
Bu gün, 17:31

"Araz-Naxçıvan-2"lə "Zirə-2" arasında altı qolluq heç-heçə

Futbol
Bu gün, 17:25

«İmişli»nin baş məşqçisi «Şəfa»ya məğlubiyyətdən sonra komandasını tənqid etdi

Futbol
Bu gün, 17:23

Fransa Liqa 1: "Paris" PSJ-ni cəmi üç xalla təqib edir - XII tur əvvəlki icmal

Futbol
Bu gün, 17:21

Şəfa 10 oyunluq qələbəsizlik seriyasını bitirdi – 3:1 qalib gəldi

Futbol
Bu gün, 17:20

Saël Kumbedi Fransa milliyində debüt etdi, İngiltərə klublarının transfer siyahısına düşdü

Digər
Bu gün, 17:17

Ahmet Temurci: Azərbaycanda idman mədəniyyəti sürətlə inkişaf edir

Futbol
Bu gün, 17:14

Ervins Perkons: Rəqib yaxşı oynadı, biz isə yalnız stadionda idik

Futbol
Bu gün, 17:03

«İmişli»yə qarşı 3:1 qalib gələn «Şəfa»nın məşqçisinin açıqlamaları

Futbol
Bu gün, 17:02

"Uşaqların xarakteri qələbədə böyük rol oynadı"

Futbol
Bu gün, 17:00

Aleks de Souza Braziliyanın Seara klubunun baş məşqçisi təyin edildi

Futbol
Bu gün, 17:00

Premyer Liqada qalibiyyətlər üçün mükafat fondu artırıldı

Futbol
Bu gün, 17:00

Neftçi‑nin Zirə‑yə qarşı uzun müddət ərzindəki qalibiyyəti – son qələbədən 1 il 9 ay keçib

Futbol
Bu gün, 16:55

"Qələbəyə hava‑su kimi ehtiyacımız var idi" – Zaur Həşimovun matçdan sonra açıqlamaları

Formula 1
Bu gün, 16:53

Audi Qətərdə rəqiblərindən fərqli texniki yeniliklərlə çıxış etdi

Digər
Bu gün, 16:45

"İdmanımız sürətlə inkişaf edir – Fərid Qayıbovun sözləri"

Oxşar xəbərlər