Bu gün Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.
İdman.Biz xəbər verir ki, Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.
26 yaşlı idmançı 1/8 final mərhələsində Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.