Yeniyetmə oğlanlardan ibarət Azərbaycan cüdo millisinin Yaponiyada üç həftə davam edən beynəlxalq təlim-məşq toplanışı başa çatıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, hazırlıq prosesinə 16 idmançı qatılıb.
Heyətə baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik ediblər.
Toplanışın ilk həftəsi Tokai Universitetinin nəzdindəki Saqami məktəbində, ikincisi Tokiodakı Adaçi Gakuen məktəbində, sonuncusu isə Kokuşikanda keçirilib.
“Qazanılan beynəlxalq təcrübə yeniyetmələrin qarşıdakı yarışlara hazırlığını gücləndirir və onların gələcəkdə yuxarı yaş qrupları üzrə milli komandalara keçidinə zəmin yaradır”, – deyə qurumdan bildirilib.