top
Əfsanəvi Teddi Riner Bakıya yeni dünya titulunun ardınca gələcək? - İDMAN.BİZ-in İCMALI Idman.biz
30 aprel 2026, 17:48
- ↺ +

Əfsanəvi Teddi Riner Bakıya yeni dünya titulunun ardınca gələcək? - İDMAN.BİZ-in İCMALI

Dünya cüdosunda fəallıq may ayının əvvəlində öz pik həddinə çatır. Bu, təkcə reytinq turnirləri ilə deyil, həm də təqvimin planlaşdırılması ilə bağlıdır. Artıq sabah Düşənbədə Böyük Dəbilqə turniri start götürəcək, bu gün isə Beynəlxalq Cüdo Federasiyası (International Judo Federation/IJF) daha bir statuslu yarışın keçiriləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, söhbət beynəlxalq təqvimdə ən nüfuzlu yarışlardan biri olan Dünya Mastersdən gedir. Dünya cüdo turunda bu turnir, dünya çempionatları ilə yanaşı, yalnız reytinqə əsasən dəvətlə qatılan ən güclü idmançıları eksklüziv formatda bir araya gətirir.

Masters turnirində hər çəki dərəcəsində dünya reytinqinin ən yaxşı 36 cüdoçusu iştirak edir. Burada bir ölkədən iştirakçı sayına məhdudiyyət qoyulmur. Üstəlik, mükafat xalları olduqca yüksəkdir: qalib 1800 xal, gümüş mükafatçı 1260, bürünc medalçı isə 900 xal qazanır. Beləliklə, Masters dünya reytinqinin və beynəlxalq cüdodakı iyerarxiyanın formalaşmasında həlledici rol oynayır. Turnir artıq Olimpiya təsnifatına daxil edilib və 18-20 dekabr tarixlərində keçiriləcək. Bununla da, Düşənbə dünya təqvimini bağlayacaq.

Qarşıdan gələn yarışın əhəmiyyətini IJF prezidenti Marius Vizer də vurğulayıb: "Masters idmanımızın ən yüksək səviyyəsini təmsil edir, burada yalnız dünyanın ən güclü cüdoçuları toplaşır. Əminik ki, bu turnir təkcə yüksək nəticələr nümayiş etdirməyəcək, həm də yeni nəslə ilham verəcək və dünya cüdo ictimaiyyətini birləşdirən dəyərləri gücləndirəcək".

Bu arada, artıq sabah Düşənbədə Böyük Dəbilqə turniri start götürəcək. Azərbaycan yığması bu yarışda beş idmançı ilə təmsil olunacaq. Tatamiyə Murad Muradlı (60 kq), Nizami İmranov və İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) çıxacaqlar.

Qeyd edək ki, hazırkı Dünya turunda Azərbaycan cüdoçuları üçüncü pillədə qərarlaşıb. Paris, Daşkənd və Tbilisidə keçirilən Böyük Dəbilqə turnirləri, eləcə də Lintsdəki Qran-Pri üzrə nəticələrə əsasən yığmamız altı qızıl, dörd gümüş və altı bürünc medal qazanıb. Bu göstəricidə yalnız Yaponiya və Fransa irəlidədir.

Fransızlardan söz düşmüşkən, əfsanəvi Teddi Riner tatamiyə qayıdış tarixini açıqlayıb. Altıncı Olimpiadasına hazırlaşan üçqat Olimpiya çempionu Parisdəki ev Oyunlarındakı qələbədən sonra sağ dirsəyindən əməliyyat olunub. O, bir neçə gün əvvəl avqustda Lozannada keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcəyini bildirib: "Yarışlara qayıdış hər zaman xüsusi hadisədir. Lozanna ritmə düşmək və idmanla əlaqəni bərpa etmək üçün vacib addımdır".

Tam mümkündür ki, Teddi Riner oktyabrda Bakıda keçiriləcək dünya çempionatında da iştirak etsin. O, paytaxtımıza təkcə idmançı kimi deyil, fəxri qonaq kimi də səfər edib. Hazırda onun aktivində 12 dünya çempionluğu var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:33

Azərbaycan karateçiləri Batumidə 7 medal qazandı

Qarabağ FK
Bu gün, 19:10

“Qarabağ”ın 8 futbolçusu gənc milli komandalara cəlb olunub

Futbol
Bu gün, 18:59

La Liqa: "Betis" səfərdə "Elçe"ni 2:0 hesabı ilə məğlub edərək 4-cü yerə yüksəlib

Futbol
Bu gün, 18:57

Fənərxaçanın müdafiəçisi Mert Mürdür "Atalanta"ya keçid danışıqlarını aparır

Qarabağ FK
Bu gün, 18:50

Zəfər Günü münasibətilə xalqımızı təbrik edirik!

Qarabağ FK
Bu gün, 18:50

4 futbolçumuz Azərbaycanın U-20 millisinə çağırılıb

Basketbol
Bu gün, 18:48

"Naxçıvan" basketbol komandasının baş məşqçisi: "Bəzi mövqelərdə oyunçu çatışmazlığı yaşayırıq, heyəti tam formalaşdırmaq üçün zamana ehtiyac var"

Futbol
Bu gün, 18:29

İmişli məşqçisi 0:0 nəticəsindən məmnun, futbolçuların çıxışından razıyam

Futbol
Bu gün, 18:22

Ervins Perkons: 0-0 Oyun Həqiqi Ədalətli İştirak, Zədələnmələr Qüvvəni Azaldır

Digər
Bu gün, 18:08

Zəfər Günündə Xarıbülbül zirvəsinə dağ yürüşü təşkil edildi - FOTO

Futbol
Bu gün, 17:51

Futbol Ulduzlarının Lüks Evləri 35 Milyon Avrodan 72 Milyon Dollara

Qarabağ FK
Bu gün, 17:47

Filipe Kandido: “Ardıcıl heç‑heçələr və xal itkiləri məni narahat edir”

Tennis
Bu gün, 17:46

Yelena Rıbakina WTA Nəticə Turnirindən İmtina Etdi

Futbol
Bu gün, 17:29

A Seriyası: “Latsio” “Napoli” ilə oyunda xal itirmədi, liderliyini saxladı

Güləş
Bu gün, 17:02

Azərbaycan Güləşçiləri Yeniyetmələrin Olimpiya Oyunlarında Yarımfinala Yaxınlaşıblar

Digər
Bu gün, 16:59

“Qalatasaray” klubundan Azərbaycan Zəfər Günü təbriki

Futbol
Bu gün, 16:44

Azərbaycan millisinin futbolçuları 8 Noyabr münasibətilə şəhid və qazi övladları ilə görüşdü

Futbol
Bu gün, 16:38

“Çaykur Rizəspor” ilk ev qələbəsini əldə etdi, Nəriman Axundzadənin “Ərzurumspor”u məğlub oldu

Qarabağ FK
Bu gün, 16:33

U-20 milli komandası üçün təlim-məşq toplanışının heyəti açıqlanıb

Futbol
Bu gün, 16:24

Xulian Alvares üçün Barselona qarşılaşması kritik məqam

Basketbol
Bu gün, 16:22

Sumqayıt, Gəncəni səfərdə məğlub etdi

Futbol
Bu gün, 16:15

Real Madrid oyunçuları Bellingham və Rüdiger üçün 12 oyuna qədər diskvalifikasiya riski

Futbol
Bu gün, 16:00

Kəpəz Kollektiv Şəhidlər Xiyabanını Ziyarət Edərək Xatirəni Yadda Saxladı

Boks
Bu gün, 15:57

“Odlar Yurdu” boks klubu Elbe BOXPOKAL'da qələbələri Zəfər Gününə həsr edib

Oxşar xəbərlər