Abu-Dabidə (BƏƏ) keçirilən UFC turnirində bir döyüşdə rekord nokdaun qeydə alınıb.
İdman.biz xəbər verir ki, amerikalı Stiven Nquen yerli qaydasız döyüşçü Mohammed Yahyanı 6 dəfə nokdaun edib.
ABC 9 çərçivəsində keçirilən döyüş Nquenin texniki nokautla qələbəsi ilə yekunlaşıb. Həkimlərin müdaxiləsindən sonra mübarizə başa çatıb.
6 nokdaun UFC tarixinin rekord göstəricisi olub.
İdman.biz