top
Məhəmmədrəsul Məcidov: Dubua Usikə qarşı döyüşməklə qalib gələ bilər Idman.biz
19 iyul 2025, 12:32
- ↺ +

Məhəmmədrəsul Məcidov: Dubua Usikə qarşı döyüşməklə qalib gələ bilər

Azərbaycan boks tarixində həvəskarlar arasında yeganə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov 38 yaşlı Aleksandr Usiki 27 yaşlı britaniyalı Deniel Dubua ilə qarşılaşmada favorit hesab edir. Döyüş iyulun 19-dan 20-ə keçən gecə Londonda baş tutacaq.

Bu barədə tanınmış azərbaycanlı boksçu özü İdman.biz-ə danışıb.

Məcidov deyir ki, Usik rəqibindən 11 yaş böyük olsa da, bu cür döyüşlərdə təcrübə həlledici rol oynayır və o, favoritdir: "Mənim proqnozum: Usikin qələbə ehtimalı 70 faiz, Dubuanın qələbəsi isə 30 faiz".

O, həmçinin britaniyalı boksçunun daha titullu rəqibinə necə qalib gələ biləcəyini də izah edib: "Əgər Dubua dözümlülük problemini həll edə bilsə, şansı olacaq. Bundan başqa, o, mütləq döyüşməlidir. Sadəcə boks etməklə yox, döyüşməklə qalib gələ bilər. Çünki boksda Usiklə bu gün heç kim texniki baxımdan ayaqlaşa bilmir – ayaqları sürətli, texnikası yüksəkdir. Ona təzyiq göstərmək, irəliləmək, itələmək və bəzən qaydaları pozmaq lazımdır. Əgər Dubua bu taktikaya üstünlük versə, şansı olacaq".

Üçqat dünya çempionu əlavə edib ki, yaşına baxmayaraq, Usik 12 raundu yüksək səviyyədə döyüşmə gücünə sahibdir.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov 2013-cü ilin martında Dünya Boks Seriyası çərçivəsində Aleksandr Usiklə qarşılaşmış və həmin döyüşdə ukraynalı boksçu qalib gəlmişdi: "Mənim o vaxt gücüm çatmadı ki, ona bütün döyüş boyu təzyiq göstərim. Əslində həmin döyüşə çıxmamalıydım, məndən xahiş etdilər. İki aylıq fasilədən sonra, cəmi 10 gün məşq edib rinqə çıxdım. Sadəcə gücüm çatmadı".

Teymur Tuşiyev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Oxşar xəbərlər