top
Baş məşqçi İlkin Ağayev: Əminə Tağı erməni rəqibini məğlub etmək üçün xüsusi köklənmişdi Report.az
18 iyul 2025, 17:15
- ↺ +

Baş məşqçi İlkin Ağayev: Əminə Tağı erməni rəqibini məğlub etmək üçün xüsusi köklənmişdi

Azərbaycan boksçusu Əminə Tağı Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin finalında erməni rəqibini məğlub etmək üçün xüsusi köklənib.

Bunu "Report"a açıqlamasında Azərbaycanın yeniyetmə, gənc və qadınlardan ibarət boks millisinin baş məşqçisi İlkin Ağayev deyib.

O, bəzi boksçuların özlərini yaxşı tərəfdən göstərmədiyini də vurğulayıb:

"Avropa çempionatına hazırlığın ilk mərhələsini Şəkidə keçdik. Daha sonra Bakı Boks Mərkəzində texniki-taktiki məşqlərlə davam etdik. Komandada hər şey yaxşı idi. Uşaqlar məşqlərdə də özlərini yaxşı göstərirdilər və inanırdılar. Əminə Tağı finalda erməni boksçunu məğlub etdi. Rəqib ikiqat Avropa çempionu idi. Əminənin qalib gələcəyinə həqiqətən inanırdıq. Özü də bu döyüşə yaxşı hazırlaşmışdı. Döyüşdən əvvəl söhbətimiz zamanı erməni boksçunu məğlub etmək üçün xüsusi kökləndiyini bildirmişdi. Şükürlər olsun ki, istədiyini həyata keçirdi. Təbii ki, yenə də bəzi boksçular özlərini yaxşı tərəfdən göstərmədilər. Növbəti yarışlarda digər boksçularımızın da qızıl medal qazanmalarına çalışacağıq".

Qeyd edək ki, yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub.

Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:10

Qarabağın keçmiş futbolcusu Leandro Andrade'nin Polissya müqaviləsi: 1,1 milyon dollarlıq ilk mövsüm maaşı açıqlanıb

Futbol
Bu gün, 16:00

AFFA İntizam Komitəsi gənclər klublarına 0:3-lük texniki məğlubiyyətlər qazandırdı

Futbol
Bu gün, 16:00

“Sabah” bu axşam Çempionlar Liqasında “Barselona”ya qarşı meydan çıxacaq - Ümid var?

Futbol
Bu gün, 15:50

AFFA U-17 Liqasında 8 futbolçuya və bir məşqçiyə cəza verildi

Futbol
Bu gün, 15:50

Zəfər AFFA U-14 Liqasından kənarlaşdırıldı – "Sabah"la oyuna üç dəfə çıxmaqdan imtina etdi

Futbol
Bu gün, 15:49

Zlatan Ibrahimović MobLand serialında cinayətkar obrazını canlandıracaq

Futbol
Bu gün, 15:49

AFFA İntizam Komitəsi qərar verdi: Bəğirov və Hüseynova 3 oyunluq cəza

Digər
Bu gün, 15:46

Məhəmmədəli Osmanlı UFC-də Pavel Andruşka ilə dərdəşəcək: "İlk məğlubiyyətini məndən alacaq"

Boks
Bu gün, 15:42

Tahir Abdullayev UFC-də ilk 15‑liyə meydan oxuyur

Futbol
Bu gün, 15:41

Elgün Əmiraslanov hakimi təhqir edərək 4 oyun cəza aldı

Futbol
Bu gün, 15:40

AFFA Sumqayıt komandasını və oyunçusunu cəzalandırdı

Digər
Bu gün, 15:40

Tahir Abdullayev UFC-də ardıcıl səkkizinci qələbəsini qazandı

Futbol
Bu gün, 15:40

Loreno Mezzotero İtaliya millisində çıxış edə bilər - "Sampdoriya" ilə yeni müqavilə imzaladı

Futbol
Bu gün, 15:30

"Qalatasaray"ın hücumçusu Dəniz Gülə Çempионlar Liqasında burnuna dəyən zədə üzündən uğurla əməliyyat edilib;

Digər
Bu gün, 15:29

Tahir Abdullayev Dohada UFC turnirində əyalatlı rəqibini məğlub etdi: Çəkidəki problem diyetoloqun səhvindən oldu;

Futbol
Bu gün, 15:25

UFC döyüşçüsü Tahir Abdullayev: Messinin böyük azarkeşiyəm, amma Azərbaycanda olsaydım "Sabah"a dəstək verərdim

Futbol
Bu gün, 15:20

Alman mütəxəssislər "Səbail"in Qubadakı stadionuna baxış keçirdi

Futbol
Bu gün, 15:20

"Bavariya" Musialanın nevroloji simptomları haqqında rəsmi açıqlama yaydı

Digər
Bu gün, 15:18

Məhəmmədəli Osmanlı: "Karyeramın ən yaxşı formasındayam, Pavel Andruşka ilə qarşılaşacağam"

Digər
Bu gün, 15:14

Məhəmmədəli Osmanlı UFC-də kəmər qazana biləcəyinə əmin: "Növbəti rəqibim ilk məğlubiyyətini məndən alacaq"

Futbol
Bu gün, 15:11

AFFA

Qarabağ FK
Bu gün, 15:11

"Qarabağ" "Sumqayıt"la ev oyununda xanım azarkeşlərə pulsuz QR biletlər təqdim edir

Digər
Bu gün, 15:07

Kanada himnini səhv ifa edən müğənni xərçəngdən sonra yaddaşının zəiflədiyini bildirib

Futbol
Bu gün, 15:02

«Sabah»ın tibbi xidmət rəhbəri: «İspaniyanın yüksək divizionunda çıxış edən bir çox klub bizim infrastrukturumuza həsəd apara bilər»

Oxşar xəbərlər