Azərbaycan futzal yarışlarının 2026/2027-ci illər mövsümü üçün yeni loqosu ictimaiyyətə təqdim edilib.
İdman.Biz xəbər verir ki, təqdimat mərasimi bu gün, noyabrın 19-da "Radisson Hotel Baku"da keçirilib.
Tədbirdə federasiya rəsmiləri, klub nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Mərasim çərçivəsində, həmçinin Yüksək Liqa və Birinci Liqanın yeni mövsümü üzrə püşkatma mərasimi də keçiriləcək.