top
FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı Report.az
Bu gün, 13:19
- ↺ +

FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı

FIFA referilərə və futbolçulara danışılmış oyunların təşkili cəhdləri, eləcə də yarışların dürüstlüyünə təhlükə törədən digər pozuntular barədə anonim bildiriş göndərməyə imkan verən xüsusi platformanı istifadəyə verib.

“Report”-un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu mexanizm FIFA bayrağı altında keçirilən bütün turnirlərin oyunçuları və matçların rəsmi şəxsləri üçün nəzərdə tutulub.

İstifadəçilər beynəlxalq federasiyanın yarışların dürüstlüyünün qorunması ilə məşğul olan xüsusi bölməsinə birbaşa müraciət edə biləcəklər. Məlumatların ötürülməsi üçün 3 vasitə müəyyənləşdirilib: elektron poçt, SMS və saytdakı xüsusi forma. Bununla yanaşı, müraciət edənlərə anonimliyin saxlanılmasına zəmanət verilir.

Yeni kanalın mövcudluğu barədə futbolçulara və hakimlərə yarışlar başlamazdan əvvəl təşkil olunan iclaslarda məlumat veriləcək. Bundan əlavə, iştirakçılara informasiya materialları paylanacaq, xüsusi plakatlarda isə mesaj göndərmə sistemine daxil olmağa imkan verən QR-kodlar yerləşdiriləcək.

Yeni sistemin mümkün pozuntular barədə xəbər verməyə mane olan əngəlləri - məlumatın ötürülməsi ilə bağlı çətinlikləri və məxfiliyin qorunması ilə əlaqədar narahatlıqları aradan qaldırmağa imkan verəcəyi bildirilib.

Bundan başqa, sosial şəbəkələrdəki təhqiramiz ifadələr, təqiblər və hədələr barədə də məlumat vermək imkanı nəzərdə tutulub. Futbolçuların bu cür müraciətləri FIFA-nın yarış iştirakçılarını internetdəki təhqirlərdən müdafiə edən xidməti tərəfindən istifadə olunacaq.

Bununla belə, danışılmış oyunların təşkili cəhdləri barədə bildiriş vermək öhdəliyi əvvəllər də mövcud olub. FIFA-nın reqlamentlərinə əsasən, futbolçular, hakimlər, klub nümayəndələri və digər rəsmi şəxslər matçların nəticələrinin mümkün manipulyasiyası ilə bağlı istənilən təklif və ya məlumat haqqında beynəlxalq federasiyanı dərhal xəbərdar etməlidirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:08

Barselona yarımmüdafiəçisi Rodri zədə səbəbindən Sabaha qarşı matçı buraxacaq

Digər
Bu gün, 13:00

Nazir Fərid Qayıbov Bakıda 18 ölkənin iştirakı ilə keçirilən inklüziv badminton avropa yarışının açılışında iştirak edib

Minifutbol
Bu gün, 13:00

Fərid Babayev: 2026/2027 mövsümündə futzalda legioner limiti, U-19 liqası və komandaların sayının artırılması

Futbol
Bu gün, 12:53

Joan Qarsiya 80,6 Milyon Avro Transfer Dəyəri ilə Dünyanın Ən Yüksək Qapıçısı

Minifutbol
Bu gün, 12:20

Minifutbol: Azərbaycan milli komandası reytinqdə ikincidir

Futbol
Bu gün, 12:08

Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış

Olimpiada
Bu gün, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Futbol
Bu gün, 12:00

Samir Abasov: Şahruddinin pley‑off şanslarını bilməməsi təbii haldır

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Oxşar xəbərlər