top
Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış Idman.biz
Bu gün, 12:08
- ↺ +

Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış

Keçmiş "Şəfa" və "ASK Arena", son olaraq isə "Baku Arena" adlanan stadionda təmir işləri böyük ölçüdə yekunlaşıb.

Bu barədə "Şəfa" futbol klubunun mətbuat sözçüsü Heybət Məmmədov məlumat verib.

"Süni örtüyün quraşdırılması tam başa çatıb, artıq beynəlxalq qurumdan "FIFA (FIFA) Quality" sertifikatı da alınıb. Sadəcə, digər texniki işlər görülməlidir. PFL-in tələbləri var, onlar icra olunur. Ehtiyat oyunçular skamyaları, xidməti otaqlar üçün mebellər sifariş verilib. Onlar gəldikdən sonra uyğunluğu yoxlanılacaq və bəyənilərsə, quraşdırılacaq. Rəhbərlik işlərin gec olsa da, ideal olmasına çalışır. Növbəti ev oyunumuzu orada nə vaxt keçirəcəyimiz işlərin gedişatından asılıdır", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

PFL-in texniki-idman direktoru Elgiz Abbasov da məsələ ilə bağlı məlumat verib:

"Bəli, idman qurğusuna beynəlxalq qurumdan 3 illik "Quality" sertifikatı verilib. Ancaq bu o demək deyil ki, orada dərhal oyun keçirmək olar. PFL-in öz tələbləri var, onlar tam yerinə yetirildikdən sonra arena son olaraq bir daha təftiş olunacaq və problem olmazsa, icazə veriləcək. Hazırda klubun oyun qrafikində dəyişiklik yoxdur. Başqa sözlə, "Şəfa" "Qəbələ" ilə Sumqayıtda oynayacaq".

Vaxtilə "Şəfa" klubunun ixtiyarında olan idman qurğusu köhnə sahibinə veriləcək. Birinci liqanın qalibi kimi Premyer Liqaya yüksələn debütant hazırda oyunlarını Sumqayıtda keçirir.

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycan İnvestisiya Holdinqinin nəzarətinə keçən idman qurğusu bu yay Gənclər və İdman nazirliyinin balansına verilib.

Stadion 2001-ci ildə "Termist" stadionunun yerində tikilib və 8125 tamaşaçı tutumuna malikdir. Arena bir neçə dəfə ad dəyişikliyinə məruz qalıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Samir Abasov: Şahruddinin pley‑off şanslarını bilməməsi təbii haldır

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Digər
Bu gün, 10:54

131 idmançı AZERFIT layihəsi çərçivəsində monitorinqdən keçdi

Futbol
Bu gün, 10:51

Azərbaycan minifutbol milli komandası Avropa reytinqində ikinci sırada

Futbol
Bu gün, 10:38

Səbail futbol akademiyasının direktoru Mirbağır İsayev istifa etdi

Futbol
Bu gün, 10:23

Xviça Kvaratsxeliya, GQ France jurnalının ilin adamı elan edilməsinə münasibət bildirib

Futbol
Bu gün, 10:20

Xviça Kvaratsxelia 2026-cı ilin "İlin adamı" seçildi

Futbol
Bu gün, 10:04

Marşal Adaları milli komandası FIFA-ya üzv olmaq üçün təlim planlaşdırır;

Qarabağ FK
Bu gün, 10:00

“Taofik İsmailin 1 milyon avroluq transferi Polşada müzakirə olunur”

Basketbol
Bu gün, 09:53

Gəncə Basketbol Klubu Baş Məşqçisi 78:79 Məğlubiyyətini Açıqladı

Futbol
Bu gün, 09:40

Fransa klubu Opendanı icarədən qaytarır

Futbol
Bu gün, 09:37

Ueyn Runi: 'İntihar etməyi düşündüm' – psixoloji çətinlikləri açıq şəkildə izlədi

Futbol
Bu gün, 09:29

Birinci Liqa: Xankəndi, Karvan-Yevlaxı 8-ci turda qəbul edəcək

Futbol
Bu gün, 09:20

Ueston Makkenni Juventusdan ayrılmaq istəmədiyini bəyan etdi

Voleybol
Bu gün, 09:16

Ordu Bakıda Norveç klubunu qarşılayaq: CEV Çelenc Kuboku 1/32 finali

Oxşar xəbərlər