İspaniyanın "Real Madrid" klubu futbolçusu Endriklə yollarını ayırmağa hazırdır.
"Report" agentliyi "ESPN Brasil"ə istinadən məlumat verir ki, Madrid təmsilçisinin rəhbərliyi 20 yaşlı hücumçu üçün 60-70 milyon avro həcmində təklifləri nəzərdən keçirməyi planlaşdırır.
İtaliyanın "Milan" klubu braziliyalı oyunçunu heyətinə qatmaq üçün əsas namizədlərdən biridir.
"Real Madrid" futbolçunu buraxmağa hazır olsa da, müqaviləyə satınalma şərti əlavə edə bilər. Bu, Endrikin şərtsiz yüksək performans nümayişi göstərdiyi halda, "Krallar Klubu"na onu yenidən sıralarına qaytarmaq imkanı yaradacaq.
Xatırladaq ki, hücumçunun "Real Madrid"lə müqaviləsinin müddəti 2030-cu ilin yayadək davam edir. O, cari mövsüm bütün turnirlərdə cənubda 141 dəqiqə meydanda olub, bir qol vurmüş və bir məhsuldar ötürmə vermişdir.