top
Rail Məlikov: AFFA uşaq futbolunun inkişafı və 15 yaşlılar arasında Dünya Çempionatının keçirilməsi üçün səylərini artırır Sport24.az
Bu gün, 14:00
- ↺ +

Rail Məlikov: AFFA uşaq futbolunun inkişafı və 15 yaşlılar arasında Dünya Çempionatının keçirilməsi üçün səylərini artırır

"Araz-Naxçıvan" akademiyasının koordinatoru Rail Məlikov Sport24.az-a müsahibə verib.


– "Araz-Naxçıvan" akademiyasının hazırkı vəziyyətini və inkişafını necə qiymətləndirirsiniz?

 

– Akademiyamızın hazırkı vəziyyəti ürəkaçandır. AFFA futbol akademiyaları üçün 5 ulduzlu sertifikatlaşdırma modelini tətbiq edir. Federasiya uşaq futbolunun inkişafı istiqamətində böyük işlər görür. Əvvəlki illərlə müqayisədə bu il daha böyük irəliləyiş əldə etmişik.

 

– AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə çempionatların səviyyəsi sizi qane edirmi?

– Çatışmazlıqlar hər bir ölkədə olduğu kimi, bizdə də var. Buna baxmayaraq, AFFA çalışır ki, uşaq liqalarının yarışları daha yüksək səviyyədə təşkil olunsun. 15 yaşlı futbolçular arasında Dünya Çempionatının ölkəmizdə keçirilməsi və bu məqsədlə böyük infrastrukturun yaradılması mühüm addımlardır. AFFA çempionatların təşkili və formatı ilə bağlı da uğurlu qərarlar verir. Güclü və zəif klublar düzgün bölüşdürülür, hər qrupda çempion olan komandalar isə növbəti qrupa yüksəlirlər.

 

– Sizcə, Azərbaycan futbolunda akademiyaların inkişafı üçün hansı addımlar atılmalıdır?

– Hər bir klubun inkişafa marağı olmalıdır. Bununla yanaşı, irəli getmək üçün müvafiq infrastruktur da vacibdir. AFFA bu baxımdan klublara dəstək göstərir. İnkişaf üçün lazımi şəraitin yaradılması önəmlidir. Məncə, bu istiqamətdə ən vacib məsələlər məhz bunlardır.

 

– "Araz-Naxçıvan" akademiyasının qarşısına hansı hədəflər qoyulub? Gələcəkdə əsas komandaya futbolçu qazandırmaq baxımından nə dərəcədə iddialısınız?

– Məqsədimiz istedadlı futbolçuları yetişdirib üzə çıxarmaq və həmin oyunçularla rəsmi müqavilə imzalamaqdır. Onları həm milli komandaya, həm də klubumuzun əsas komandasına cəlb etmək istəyirik. Belə futbolçular var və onları nəzərdə saxlayırıq. Onların inkişafı üçün böyük addımlar atılır.

 

– Akademiyanızda gələcəyin milli komanda üzvləri kimi gördüyünüz futbolçular var?

 

– Bəli, belə futbolçularımız var. Onların inkişafını diqqətdə saxlayırıq və daha da irəli getmələri üçün çalışırıq. İnanırıq ki, düzgün iş və yaradılan şərait sayəsində istedadlı oyunçular yetişdirə bilərik. Çalışacağıq ki, onları Azərbaycan futboluna qazandıraq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:53

İtaliyanın Empoli futbol klubu Maui adlı iti rəsmi maskotu kimi müqavilə ilə ətrafa verərək təqdim etdi

Olimpiada
Bu gün, 13:49

Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafı mövzusunda görüşdü

Futbol
Bu gün, 13:40

Milan klubunda icarədə olan Omar Hutchinson: “Arzum bu klubda qalmaqdır”

Futbol
Bu gün, 13:38

FIFA 2030 Dünya Çempionatında su fasilələri və reklam imkanları planlaşdırılır

Futbol
Bu gün, 13:36

Real Madrid Endriklə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 13:19

FIFA danışılmış oyunlar barədə anonim bildirişlər üçün xüsusi platforma yaratdı

Futbol
Bu gün, 13:08

Barselona yarımmüdafiəçisi Rodri zədə səbəbindən Sabaha qarşı matçı buraxacaq

Digər
Bu gün, 13:00

Nazir Fərid Qayıbov Bakıda 18 ölkənin iştirakı ilə keçirilən inklüziv badminton avropa yarışının açılışında iştirak edib

Minifutbol
Bu gün, 13:00

Fərid Babayev: 2026/2027 mövsümündə futzalda legioner limiti, U-19 liqası və komandaların sayının artırılması

Futbol
Bu gün, 12:53

Joan Qarsiya 80,6 Milyon Avro Transfer Dəyəri ilə Dünyanın Ən Yüksək Qapıçısı

Minifutbol
Bu gün, 12:20

Minifutbol: Azərbaycan milli komandası reytinqdə ikincidir

Futbol
Bu gün, 12:08

Şəfa stadionunda təmir işləri yekunlaşır, FIFA sertifikatı alınmış

Olimpiada
Bu gün, 12:01

Kenyan Olimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə dopingdan disqvalifikasiya edildi

Futbol
Bu gün, 12:00

Samir Abasov: Şahruddinin pley‑off şanslarını bilməməsi təbii haldır

Digər
Bu gün, 11:53

Yeni futsal mövsümünün loqosu təqdim edildi

Futbol
Bu gün, 11:40

Xankəndi İliqası VIII turunda ev sahasında ilk oyunu

Minifutbol
Bu gün, 11:25

Futsal üzrə Azərbaycan Yüksək Liqasında 10 Komanda Mübarizə Aparacaq

Futbol
Bu gün, 11:24

Messi'nin anası Niko Pas'a "oğlunun varisi" demiş

Futbol
Bu gün, 11:20

Sao Xoao de Ver klubunda iki aylıq maaş böhranı

Futbol
Bu gün, 11:14

PSJ, Markinyosla 2029-ədək yeni müqavilə təklif edir

Digər
Bu gün, 11:04

Yeni Futsal Mükəmməllik Müsabiqəsində 10 Komanda Rəqabət Aparacaq

Futbol
Bu gün, 11:00

Neftçi, Qəbələ futbolçusu Eşqin Əhmədovu transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 10:54

İtalyan klub Empoli itlə müqavilə imzaladı

Oxşar xəbərlər