İspaniyanın "Barselona" futbol klubunun qapıçısı Joan Qarsiya dünyanın ən yüksək transfer dəyərinə malik qapıçılarının reytinqinə başçılıq edir.
İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) 562-ci həftəlik hesabatında bildirilib.
25 yaşlı qapıçının transfer dəyəri 80,6 milyon avro (150,7 milyon manat) olaraq qiymətləndirilib. İkinci pillədə İngiltərənin "Mançester Siti" klubunun formasını geyinən Canluici Donnarumma 79,9 milyon avro (149,4 milyon manat) ilə qərarlaşıb. İlk üçlüyü 64,2 milyon avro (120 milyon manat) dəyərində qiymətləndirilən "Mançester Yunayted"in qapıçısı Senne Lammens tamamlayıb.
"Paris Sen-Jermen"in (PSJ) qapıçısı Matvey Safonov isə 50,8 milyon avro (95 milyon manat) transfer dəyəri ilə ilk onluqda, doqquzuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq CIES-in futbolçuların transfer dəyərini müəyyənləşdirən statistik modeli əsasında hazırlanıb.
Xatırladaq ki, "Barselona" noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.